Zakir Həsənovdan SƏMİMİ FOTOLAR
08 Noyabr 2026, 11:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
51
08.11.2026, 11:04
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad edib.
Müdafiə Nazirliyindən Oxu24.com-a verilən xəbərə görə, əvvəlcə Fəxri xiyabanı ziyarət edən Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsinə dərin ehtiramını ifadə edib. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb.
Hərbi Memorial Məzarlıqda keçirilən anım mərasimində hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, memorial abidənin önünə əklil qoyularaq onların xatirəsinə ehtiram nümayiş etdirilib.
Ziyarət proqramı Zəfər parkında davam etdirilib. Burada abidənin önünə əklil və gül dəstələri qoyulub, Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb.
Ziyarət zamanı Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov şəhid ailələri və yaxınları ilə görüşüb, onların qayğıları və sosial vəziyyəti ilə maraqlanıb.
Görüşdə şəhid ailələri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya, eləcə də hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
11:06 / 08 Noyabr 2026
39
10:58 / 08 Noyabr 2026
53
10:54 / 08 Noyabr 2026
71
10:23 / 08 Noyabr 2026
83
10:14 / 08 Noyabr 2026
157
10:10 / 08 Noyabr 2026
82
10:07 / 08 Noyabr 2026
101
10:00 / 08 Noyabr 2026
233
09:40 / 08 Noyabr 2026
108
09:23 / 08 Noyabr 2026
146
09:13 / 08 Noyabr 2026
319
09:08 / 08 Noyabr 2026
548
09:03 / 08 Noyabr 2026
1077
08:41 / 08 Noyabr 2026
110
00:18 / 08 Noyabr 2026
244
23:59 / 07 Noyabr 2026
1036
23:33 / 07 Noyabr 2026
336
23:30 / 07 Noyabr 2026
594
23:30 / 07 Noyabr 2026
355
23:08 / 07 Noyabr 2026
434
23:02 / 07 Noyabr 2026
1632
22:57 / 07 Noyabr 2026
378
22:49 / 07 Noyabr 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.