65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
08 Noyabr 2026, 11:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
51
08.11.2026, 11:45
Minik avtomobillərinin yerli istehsalının təşviqi məqsədilə 6 il müddətinə güzəştlərin tətbiqi təklif olunur. Layihəyə əsasən, tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi şərtilə, İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə yığılmamış, komplektləşdirilməmiş və ya sökülmüş minik avtomobillərinin və onların ehtiyat hissələrinin idxalının 2027-ci il yanvarın 1-dən etibarən 6 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Oxu24.com xəbər verir ki, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev Demokrat.az-a açıqlamasında yerli istehsalla bağlı tətbiq edilən və ya tətbiq edilməsi nəzərdə tutulan bütün güzəştləri assosiasiya olaraq dəstəkləyir və alqışlayırlar deyib.
"Ümumiyyətlə, yerli istehsalın daha da güclənməsi və inkişafı üçün dövlət tərəfindən güzəştlərin verilməsi vacib və mühüm addımdır. Bu istiqamətdə atılan addımlar, əlbəttə ki, sevindiricidir. Yerli istehsal avtomobillərinin bazar dəyərinin idxal olunan digər avtomobillərlə müqayisədə daha aşağı olması, yəni qiymət baxımından əlçatanlığı ölkəmizdə avtomobil parkının yenilənməsi istiqamətində atılan addımlara mühüm dəstəkdir. Hazırda ölkəmizdə utilizasiya prosesi həyata keçirilir və minik avtomobillərinin böyük hissəsi köhnədir. Bu baxımdan yerli istehsal avtomobillərinin daha əlçatan qiymətə təklif olunması avtomobil parkının yenilənməsinə töhfə verə bilər".
Eyyub Əliyev qeyd edib ki, yerli istehsalın inkişafı yüzlərlə yeni iş yerinin yaradılması, yeni sərgi və satış salonlarının açılması deməkdir:
"Bu da işsiz əhalinin məşğulluğunun təmin olunmasına, eləcə də çalışan şəxslərin daha yaxşı iş imkanları əldə etməsinə şərait yaradır. Bu baxımdan sözügedən addımlar müsbət qiymətləndirilməlidir. Digər tərəfdən, yerli istehsal avtomobillərinin satışında xüsusi kredit şərtlərinin, o cümlədən salon daxili güzəştlərin tətbiq edilməsi insanların avtomobil əldə etməsini daha da asanlaşdırır. Eyni zamanda, bu, ölkədən valyuta axınının müəyyən qədər azalmasına da səbəb olur. Bütün bunlar çox sevindirici haldır.
Ümid edirəm ki, təklif olunan güzəştlər qəbul ediləcək və Azərbaycanın minik avtomobilləri parkının yenilənməsinə, eləcə də utilizasiya prosesinin sürətlənməsinə töhfə verəcək".
Məsələ ilə bağlı saytımıza danışan avtomobil üzrə mütəxəssis, avtomexanik Elməddin Novruzov bildirib ki, 6 illik güzəşt düzgün addımdır, lakin bunun üçün bir şərt var: yığım prosesi həqiqi istehsal tələblərinə cavab verməlidir:
"Azərbaycanda minik avtomobillərinin yerli istehsalına ƏDV və gömrük rüsumundan 6 illik azadolma verilməsi bazar üçün vacib qərardır. Bu, həm qiymətlərin düşməsinə, həm də yeni iş yerlərinin açılmasına səbəb ola bilər. Amma burada əsas məsələ "tam istehsal formasında sənaye yığımı" şərtidir. Əgər avtomobillər sadəcə ölkəyə gətirilərək burada bir neçə detal quraşdırılmaqla "Azərbaycanda istehsal olunub" adı altında təqdim ediləcəksə, güzəştdən nə dövlət, nə də vətəndaş fayda görəcək. Gözləntimiz budur ki, həqiqətən qaynaq, rəngləmə və yığım sexləri qurulsun, yerli kadrlar yetişdirilsin, ehtiyat hissələrinin bir hissəsi ölkədə istehsal olunsun. Eyni zamanda, güzəşt müddəti başa çatdıqdan sonra da zavod fəaliyyətini davam etdirə bilsin və avtomobillərin qiyməti yenidən artmasın".
Mütəxəssisin fikrincə, qeyd olunan şərtlərə əməl olunarsa, 2027-ci ildən sonra Azərbaycanda 10-15 min manata keyfiyyətli, yeni və zəmanətli minik avtomobili almaq real ola bilər:
"Bu gün vətəndaşlar eyni məbləği 10 illik köhnə avtomobilə ödəyirlər. Ona görə də mən bu qanun layihəsini dəstəkləyirəm. Lakin İqtisadiyyat Nazirliyinin verəcəyi təsdiqedici sənədlərə nəzarət çox ciddi olmalıdır. Güzəşt yalnız istehsalçıya deyil, son nəticədə vətəndaşa da sərf etməlidir".
11:52 / 08 Noyabr 2026
1
11:48 / 08 Noyabr 2026
25
11:40 / 08 Noyabr 2026
6785
11:37 / 08 Noyabr 2026
48
11:29 / 08 Noyabr 2026
53
11:06 / 08 Noyabr 2026
188
11:04 / 08 Noyabr 2026
88
10:58 / 08 Noyabr 2026
102
10:54 / 08 Noyabr 2026
105
10:23 / 08 Noyabr 2026
102
10:14 / 08 Noyabr 2026
197
10:10 / 08 Noyabr 2026
92
10:07 / 08 Noyabr 2026
106
10:00 / 08 Noyabr 2026
301
09:40 / 08 Noyabr 2026
120
09:23 / 08 Noyabr 2026
180
09:13 / 08 Noyabr 2026
355
09:08 / 08 Noyabr 2026
606
09:03 / 08 Noyabr 2026
1098
08:41 / 08 Noyabr 2026
122
00:18 / 08 Noyabr 2026
247
23:59 / 07 Noyabr 2026
1082
23:33 / 07 Noyabr 2026
352
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.