Bu əlamətlər sizdə varsa,böyrəkləriniz XƏSTƏDİR -AÇIQLAMA
26 Oktyabr 2026, 16:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
277
07.08.2026, 12:21
Günümüzdə bir çox insan həkim nəzarəti olmadan müxtəlif vitaminlər, qida əlavələri və "ürək qidalandırıcısı" adı altında təqdim olunan preparatlardan istifadə etməyə meyl göstərir. Xüsusilə yaş artdıqca və ya yüngül yorğunluq hiss edildikdə, ürəyi qüvvətləndirmək bəhanəsilə özbaşına dərman qəbulu hallarına tez-tez rast gəlinir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, hər bir preparatın özünəməxsus tibbi göstərişi var və lüzumsuz qəbul orqanizmə fayda vermək əvəzinə fəsadlar yarada bilər. Ürəyin funksional vəziyyətini dəqiq müayinə etmədən bu cür vasitələrə müraciət etmək tibbi baxımdan yanlış yanaşma hesab olunur. Bəs "ürək gücləndirici" dərmanlar həqiqətən varmı və onlar hansı hallarda təyin edilməlidir?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı kardioloq Fatma Qasımova hər kəsi maraqlandıran suallara aydınlıq gətirib.
Kardioloq Fatma Qasımovanın sözlərinə görə, pasiyentlər tərəfindən həkimlərə ən çox verilən suallardan biri məhz ürək qüvvətləndirici dərmanların mövcudluğu və istifadə qaydaları ilə bağlıdır:
"Ürək qüvvətləndirici dərmanlar var, lakin bu preparatların nə vaxt, harda və necə istifadə olunmalı olduğunu bilmək vacibdir. Pasiyentlər tez-tez müraciət edərək ürəyi qidalandıran və ya gücləndirən dərman yazmağımızı xahiş edirlər. Nəzərə almaq lazımdır ki, yerli-yersiz qəbul olunan qidalandırıcıların heç bir xeyri yoxdur”.
Onun sözlərinə görə, ürək müayinəsi zamanı EKG, Exokardioqrafiya (Exo), MRT və digər müayinə metodları ilə diaqnostika aparılır və ürəyin xəstə olub-olmadığı dəqiq müəyyən edilir. Əgər müayinələr nəticəsində ürəyin atım fraksiyası, gücü, funksiyası yaxşıdırsa, ürəyin özünə və koronar damarlara bağlı hər hansı problem yoxdursa, yerli-yersiz ürək qidalandırıcılarından istifadə etmək olmaz.
10:34 / 27 Oktyabr 2026
1
10:32 / 27 Oktyabr 2026
6
10:25 / 27 Oktyabr 2026
29
10:14 / 27 Oktyabr 2026
65
10:08 / 27 Oktyabr 2026
61
10:04 / 27 Oktyabr 2026
267
10:02 / 27 Oktyabr 2026
56
09:41 / 27 Oktyabr 2026
68
09:34 / 27 Oktyabr 2026
268
09:29 / 27 Oktyabr 2026
88
09:28 / 27 Oktyabr 2026
62
09:25 / 27 Oktyabr 2026
64
09:24 / 27 Oktyabr 2026
69
00:42 / 27 Oktyabr 2026
124
00:00 / 27 Oktyabr 2026
97
23:43 / 26 Oktyabr 2026
145
23:30 / 26 Oktyabr 2026
115
23:16 / 26 Oktyabr 2026
143
23:08 / 26 Oktyabr 2026
97
22:58 / 26 Oktyabr 2026
117
22:56 / 26 Oktyabr 2026
106
22:51 / 26 Oktyabr 2026
91
22:34 / 26 Oktyabr 2026
1031
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.