Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

DÜNYA

53

27.10.2026, 09:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Köklü Değişim Medya”nın İstanbul təmsilçisi Muhammed Emin Yıldırım İstanbul polisi tərəfindən saxlanılıb.

Oxu24.com  APA-ya istinadən xəbər verir ki, bu barədə media şirkəti X hesabında məlumat yayıb.

Bildirilib ki, Muhammed Emin Yıldırım sosial şəbəkə paylaşımları əsas gətirilərək İstanbul Polis İdarəsi tərəfindən saxlanılıb.

Media şirkəti onun vəkilinin iştirakı ilə prosesin izlənildiyini bildirib.

Qeyd edək ki, Muhammed Emin Yıldırım Xarici İşlər Nazirliyinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyi Türkiyənin 31 vətəndaşından biridir.