Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
276
26.10.2026, 22:58
Oktyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıdakı “Nəsimi Bağları” kompleksində olublar.
Oxu24.com xəbər verir ki, əvvəlcə Leyla Əliyeva və Alyona Əliyeva ərazidə nümayiş etdirilən incəsənət əsərlərinə baxıblar. Sonra qonaqlar kapibara konsepsiyası əsasında yaradılan “Capybara Cafe”də olublar.
“Capybara Cafe” ziyarətçilərə unikal və rahat atmosfer təqdim edir. Kafenin interyeri və təqdim olunan məhsullar vahid konsepsiyaya uyğun dizayn edilib. Burada hər bir detal kapibaraları xatırladır. Hətta menyudakı şirniyyatlar da kapibara formasında təqdim olunur.
Xatirə hədiyyəsi əldə etmək istəyən qonaqlar üçün isə kafenin daxilində suvenir mağazası fəaliyyət göstərir.
Daha sonra Leyla Əliyeva və Alyona Əliyeva “Capybara Azerbaijan” fermasına baş çəkib, burada yaradılan şəraitlə tanış olub, kapibaraları yemləyiblər. Ölkəmizdə ilk kapibara ferması olan “Capybara Azerbaijan” ziyarətçiləri bu unikal heyvanlarla daha yaxından tanış etmək, ekoloji turizmin inkişafına töhfə vermək, həmçinin heyvanlara qarşı məsuliyyətli və qayğıkeş münasibətin formalaşdırılmasına dəstək məqsədilə yaradılıb. Ferma qısa zamanda çoxsaylı ziyarətçilərin sevimli məkanına çevrilib.
Əsasən Mərkəzi və Cənubi Amerikada yaşayan, dünyanın ən böyük gəmiriciləri hesab olunan kapibaralar son illərdə müxtəlif ölkələrdə böyük populyarlıq qazanıblar. Belə ki, inanılmaz dərəcədə mehriban heyvanlar olan kapibaralar öz qeyri-adi görünüşləri və ünsiyyətcil xüsusiyyətləri ilə həm insanların diqqətini cəlb edir, həm də heyvanlara və ümumilikdə təbiətə qarşı daha böyük sevgi oyadırlar. Bütün bunlar nəzərə alınaraq yaradılan “Capybara Azerbaijan” ferması ən son texnologiyalar əsasında inşa edilib.
Fermadakı mövcud infrastruktur kapibaraların təbii yaşayış mühitinə maksimum uyğun şərait yaratmaq məqsədilə layihələndirilib. Burada kapibaralar üçün həm qapalı, həm də açıq hovuzlar, eləcə də fərdi vannalar yaradılıb. Ferma müasir su filtrasiyası sistemi, optimal rütubəti təmin edən avtomatik nəmləndirmə sistemi və təbii Günəş işığını əvəz edən xüsusi UV lampaları ilə təchiz olunub.
Həm uşaqların, həm də böyüklərin böyük marağına səbəb olan bu məkanda ekzotik təbiətin bir parçası ilə yaxından tanış olmaq, onlara toxunmaq mümkündür. Ziyarətçilər kapibaraları yemləyə və onların həyat tərzi, davranışı, təbii yaşayış mühiti haqqında maraqlı məlumatlar əldə edə bilərlər.
Qonaqlar, həmçinin buradakı maraqlı layihələrdən biri olan “Magic Village” ərazisində dünyada məşhur olan hobbit evlərdən birinə baş çəkiblər.



00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.