Qaynar xətt:

(+99450) 247 90 86

Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə 

Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə 

KRİMİNAL

63

27.10.2026, 10:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) və onun sələfi “Azərsu” ASC-də yüksək vəzifələrdə işləmiş Səday Alıyev cinayət məsuliyyətinə cəlb edilib.

Oxu24.com-un məlumatına görə, o, 3 milyon manat mənimsəmədə ittiham olunur. 

Sonuncu dəfə ADSEA-da şöbə müdiri işləyən S.Alıyevin fəaliyyəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb. Ortaya çıxan sübutlar əsasında ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

52 yaşlı sabiq məmur həbsdə deyil, onun barəsində məhkəməyə qədər “polisin nəzarətinə vermə” qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ADSEA-nın tabeliyindəki “İri Şəhərlərin Su Təchizatı” QSC zərərçəkmiş qismində tanınıb.

Qafqazinfo