Səhər yeməyi yemədikdə orqanizmdə nə baş verir?
06 Oktyabr 2026, 22:10
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
229
07.08.2026, 11:49
Şəkərli diabet fonunda yaranan kapilyar və damar tutulmaları pasiyentlərin həyat keyfiyyətini ciddi şəkildə aşağı salan əsas fəsadlardan biridir. Qan dövranının zəifləməsi nəticəsində əzələ və toxumaların qidalanması pozulur, bu da xüsusilə ayaq nahiyəsində sağalmayan ağır yaraların yaranmasına gətirib çıxarır. Müasir təbabətlə yanaşı, son dövrlərdə bir çox pasiyentlər alternativ üsullara, xüsusən də hicama prosedurlarına müraciət edirlər. Mütəxəssislər bildirirlər ki, düzgün tətbiq olunan qanaldırma üsulu mikrosirkulyasiyanı aktivləşdirərək orqanların qan təchizatını dəfələrlə artıra bilir. Bəs hicama həqiqətən də şəkər xəstələrində ayaq yaralarının sağalmasına və damar keçiriciliyinin bərpasına kömək edirmi?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən mütəxəssis, həkim Füzuli Hüseynov diabet xəstələrində hicamanın reabilitasiya prosesinə təsiri və faydaları haqqında ətraflı məlumat verib:
"Əgər biz hər hansı bir orqanı təmir etmək, bərpa etmək istəyiriksə, ilk növbədə həmin orqanın qanla təchizatını yaxşılaşdırmalıyıq. Qanla təchizatı yaxşılaşan orqan və ya toxuma mütləq şəfa tapacaq, çünki qan özü ilə birlikdə qida maddələri gətirir”.
Mütəxəssisin sözlərinə görə, hicamadan əvvəl bir orqan, tutaq ki, bir saatda 50 qram qan qəbul edirdisə, hicamadan sonra bu göstərici 70–80, bəzi hallarda isə 100 qrama qədər yüksələ bilir:
“Biz dəfələrlə görmüşük ki, şəkər xəstələrinin ayağında illərlə sağalmayan yara və ya fəsadlar olur. Şəkər xəstələrində kapilyar qan dövranı demək olar ki, olmur və ya çox zəifləyir. Çünki kapilyar damarların gözləri çöküntülər və toksik maddələrlə tutulur, yalnız magistral damarlar işləyir. Magistral damarların özü də bəzən 80 faiz tutulmuş olur, cəmi 15–20 faizi fəaliyyət göstərir”.
Həkim qeyd edib ki, bu pasiyentlər müntəzəm olaraq hicama olunduqdan sonra yaralar öz-özünə sağalmağa başlayır, ayağın rəngi açılır və xəstədə ümumi bir aktivlik yaranır.
00:32 / 07 Oktyabr 2026
15
00:10 / 07 Oktyabr 2026
34
23:58 / 06 Oktyabr 2026
43
23:41 / 06 Oktyabr 2026
64
23:27 / 06 Oktyabr 2026
94
23:10 / 06 Oktyabr 2026
67
22:57 / 06 Oktyabr 2026
70
22:50 / 06 Oktyabr 2026
75
22:38 / 06 Oktyabr 2026
81
22:35 / 06 Oktyabr 2026
100
22:30 / 06 Oktyabr 2026
201
22:28 / 06 Oktyabr 2026
77
22:25 / 06 Oktyabr 2026
87
22:22 / 06 Oktyabr 2026
3245
22:17 / 06 Oktyabr 2026
932
22:12 / 06 Oktyabr 2026
61
22:10 / 06 Oktyabr 2026
308
22:10 / 06 Oktyabr 2026
63
21:42 / 06 Oktyabr 2026
73
21:28 / 06 Oktyabr 2026
383
21:26 / 06 Oktyabr 2026
161
21:14 / 06 Oktyabr 2026
75
21:07 / 06 Oktyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.