Allergik rinit zamanı burunda nə baş verir?
19 Oktyabr 2026, 23:45
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
568
31.07.2026, 13:53
Bədəndə, xüsusən də kürək və bel nahiyəsində kəmər şəklində ortaya çıxan kəskin ağrılar bir çox insanın gündəlik həyat keyfiyyətini ciddi şəkildə aşağı salır. Çox vaxt sadə əzələ və ya bel ağrısı ilə səhv salınan bu simptomların arxasında əslində gizli virus infeksiyaları dayana bilər. Tibbdə "kəmərvari dəmirov" və ya "kəmərvari herpes" adı ilə bilinən bu patologiya sinir toxumalarının zədələnməsi ilə müşayiət olunur. Orqanizmdə illərlə yatmış vəziyyətdə qalan virus immunitet zəiflədikdə yenidən aktivləşərək zəncirvari ağrılara yol açır. Müalicəyə vaxtında başlanılmadıqda isə bu ağrılar xroniki xarakter alaraq pasiyentin yaşam rahatlığını tamamilə əlindən ala bilər. Mövzu ilə bağlı mütəxəssis rəyini öyrənmək üçün Oxu24.com olaraq həkim-alqoloq Zaur İsmayılova müraciət etdik.
Zaur İsmayılov saytımıza açıqlamasında kəmərvari ağrıların yaranma mexanizmini və effektiv müalicə yollarını diqqətə çatdırıb:
"Kəmərvari dəmirov və ya kəmərvari herpes adlandırılan xəstəliyin əsas səbəbi herpes virusudur. İnsanda gizli qalan infeksiyalar zamanla inkişaf edir və bu virusun nəticəsində sinir toxumalarının zədələnməsi baş verir. Belə hallarda xüsusilə kürəbəc və gövdə nahiyələrində zəncirvari, kəmər şəklində kəskin ağrılar ortaya çıxır”.
Alqoloq vurğulayıb ki, bu cür şikayətlərlə müraciət edən pasiyentlərdə mütləq kompleks müalicə aparılmalıdır:
"İlk növbədə virusəleyhinə müalicə aparılmalı, immunitet sistemini qaldırmaq üçün xüsusi vasitələrdən və qeyri-steroid iltihabəleyhinə preparatlardan istifadə olunmalıdır. Eyni zamanda sinir ağrısını götürmək üçün spesifik preparatlar təyin edilir. Dərman müalicəsinin faydası olmadığı hallarda isə ağrının mərkəzini müəyyən edib həmin nahiyəyə blokada proseduru tətbiq edirik. Bu üsulla uzunmüddətli remissiya yaradırıq, ağrıları azaldırıq və insanı yenidən normal, sağlam, ağrısız həyata qaytarırıq”.
10:20 / 20 Oktyabr 2026
1
10:18 / 20 Oktyabr 2026
12
10:16 / 20 Oktyabr 2026
22
10:11 / 20 Oktyabr 2026
25
10:10 / 20 Oktyabr 2026
24
10:06 / 20 Oktyabr 2026
29
10:00 / 20 Oktyabr 2026
44
09:55 / 20 Oktyabr 2026
46
09:43 / 20 Oktyabr 2026
511
09:41 / 20 Oktyabr 2026
43
09:36 / 20 Oktyabr 2026
120
09:34 / 20 Oktyabr 2026
57
09:09 / 20 Oktyabr 2026
116
09:06 / 20 Oktyabr 2026
60
09:04 / 20 Oktyabr 2026
58
00:26 / 20 Oktyabr 2026
182
00:19 / 20 Oktyabr 2026
113
23:56 / 19 Oktyabr 2026
147
23:45 / 19 Oktyabr 2026
108
23:40 / 19 Oktyabr 2026
106
23:36 / 19 Oktyabr 2026
141
23:36 / 19 Oktyabr 2026
145
23:34 / 19 Oktyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.