Noyabrda pensiya gözləyənlərə XƏBƏR
09 Noyabr 2026, 12:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
329
20.10.2026, 09:34
Dövlət İmtahan Mərkəzi 2026-cı il noyabrın 8-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edir.
Bu barədə Oxu24.com-a DİM-dən məlumat verilib.
Bildirilib ki, bu müddət ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarında doktorantura və ya dissertanturada, həmçinin hərbi təhsil müəssisələrində adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.
Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir. Xarici dil üzrə, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. İmtahanda iştirak ödənişlidir. İddiaçılar ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına yuxarıda qeyd edilən imtahanların birində iştirak üçün tələb olunan 110 (yüz on) manat məbləğində pul vəsaitini əlavə etməlidirlər. İddiaçılar ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (110 (yüz on)) silinir. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar həm xarici dil, həm də Azərbaycan dili imtahanında iştirak etmək istədikləri təqdirdə, hər imtahanda iştirak etmək üçün 110 (yüz on) manat ödəməlidirlər.
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2026-cı il noyabrın 22-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə noyabrın 23-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə 26 noyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, imtahanlar elektron formada kompüterlər vasitəsilə keçiriləcək.
13:11 / 09 Noyabr 2026
19
12:57 / 09 Noyabr 2026
249
12:55 / 09 Noyabr 2026
56
12:40 / 09 Noyabr 2026
144
12:27 / 09 Noyabr 2026
95
12:15 / 09 Noyabr 2026
212
12:03 / 09 Noyabr 2026
791
11:56 / 09 Noyabr 2026
109
11:56 / 09 Noyabr 2026
147
11:43 / 09 Noyabr 2026
109
11:37 / 09 Noyabr 2026
242
11:34 / 09 Noyabr 2026
104
11:30 / 09 Noyabr 2026
98
11:22 / 09 Noyabr 2026
106
11:09 / 09 Noyabr 2026
254
11:05 / 09 Noyabr 2026
156
10:55 / 09 Noyabr 2026
217
10:51 / 09 Noyabr 2026
427
10:44 / 09 Noyabr 2026
195
10:38 / 09 Noyabr 2026
254
10:30 / 09 Noyabr 2026
147
10:27 / 09 Noyabr 2026
131
10:10 / 09 Noyabr 2026
214
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.