Bu şəxslər maaşları qədər pensiya alacaq
20 Oktyabr 2026, 10:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
56
20.10.2026, 10:06
Müxtəlif mənbələrdəki məlumatlara görə, Azərbaycanda, xüsusilə Bakı və Abşeron ərazilərində çıxarışı olmayan yüzminlərlə fərdi yaşayış evi mövcuddur. Belə yaşayış sahələrinin bir hissəsi müəyyən sənədləri olan, lakin həmin sənədləri hüquqi baxımdan legitim hesab edilməyən evlərdir. Digər hissəsi isə heç bir hüquqmüəyyənedici sənədi olmayan və özbaşına inşa edilmiş tikililərdir.
Oxu24.com xəbər verir ki, Mülki Məcəlləyə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
Bununla belə, qanunvericilik şəxsin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlaka mülkiyyətçisi kimi qeydə alınmasını da istisna etmir. Belə ki, Mülki Məcəllənin 178.6-cı maddəsinə görə, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər.
Lakin təcrübədə sözügedən 30 illik müddətin Mülki Məcəllənin qüvvəyə mindiyi tarixdən, yəni 1 sentyabr 2000-ci ildən sonra yaranan münasibətlərə aid edilməsi hallarına rast gəlinir. Belə olan halda faktik mülkiyyətçi olan şəxslərin mülkiyyətçi kimi qeydə alınması 2030-cu ildən sonra mümkün görünür.
Halbuki Mülki Məcəllənin 178.6-cı maddəsində nəzərdə tutulan 30 illik müddətin məhz Mülki Məcəllənin qüvvəyə mindiyi tarixdən, yəni 2000-ci ildən sonra yaranan münasibətlərə şamil edilməsinə dair qanunvericilikdə heç bir məhdudiyyət yoxdur. Mülki Məcəllənin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.
Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.
Mülki Məcəllənin 178.6-cı maddəsində nəzərdə tutulanlar geriyə şamil olunarkən fiziki və hüquqi şəxslərin vəziyyətini pisləşdirmir. Çünki bu maddədə daşınmaz əmlakın faktik mülkiyyətçisinin mülkiyyətçi kimi qeydə alınması üçün əmlaka etirazsız sahiblik etməsi şərtlərdən biri kimi göstərilib. Odur ki, dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlakın faktiki mülkiyyətçisi ona 30 il ərzində fasiləsiz və etirazsız sahiblik edibsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər.
Qafqazinfo
10:37 / 20 Oktyabr 2026
1
10:35 / 20 Oktyabr 2026
5
10:28 / 20 Oktyabr 2026
24
10:20 / 20 Oktyabr 2026
40
10:18 / 20 Oktyabr 2026
45
10:16 / 20 Oktyabr 2026
49
10:11 / 20 Oktyabr 2026
48
10:10 / 20 Oktyabr 2026
48
10:00 / 20 Oktyabr 2026
61
09:55 / 20 Oktyabr 2026
60
09:43 / 20 Oktyabr 2026
681
09:41 / 20 Oktyabr 2026
56
09:36 / 20 Oktyabr 2026
154
09:34 / 20 Oktyabr 2026
63
09:09 / 20 Oktyabr 2026
126
09:06 / 20 Oktyabr 2026
62
09:04 / 20 Oktyabr 2026
62
00:26 / 20 Oktyabr 2026
184
00:19 / 20 Oktyabr 2026
113
23:56 / 19 Oktyabr 2026
148
23:45 / 19 Oktyabr 2026
108
23:40 / 19 Oktyabr 2026
106
23:36 / 19 Oktyabr 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.