Bağırsaq mikroflorası niyə bu qədər vacibdir? Həkim səbəbləri AÇIQLADI
30 İyul 2026, 13:15
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
70
30.07.2026, 11:39
Çimərlik mövsümünün başlaması və havaların kəskin istiləşməsi ilə əlaqədar uşaqlar arasında qusma və yüksək hərarətlə müşahidə olunan müraciətlərin sayında kəskin artım qeydə alınır. Əksər valideynlər dəniz istirahətindən sonra uşaqda yaranan bu simptomları dərhal yoluxucu bağırsaq infeksiyası ilə əlaqələndirirlər. Lakin mütəxəssislər bildirirlər ki, oxşar əlamətlər həm də günvurma zamanı ortaya çıxa bilir və bu iki halı bir-birindən fərqləndirmək vacibdir. Günvurma və infeksiyanın simptomları bir-birinə bənzəsə də, onların yaranma müddəti və bədəndə göstərdiyi təsirlər tamamilə fərqlidir. Səhv diaqnoz və ya vaxtında düzgün müdaxilə olunmaması isə kiçikyaşlı xəstələrdə ciddi fəsadlara gətirib çıxara bilər. Bəs valideynlər uşaqda müşahidə olunan simptomların günvurma və ya infeksiya olduğunu necə müəyyən etməlidirlər?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı pediatr Dr. Tərlan Əyyubov açıqlama verərək valideynlərin tez-tez qarışdırdığı bu iki halın əsas fərqlərini diqqətə çatdırıb.
Həkimin sözlərinə görə, dəniz istirahətindən sonra müraciət edən valideynlər çox vaxt "Bu infeksiya haradan yoluxdu?" sualını verirlər. Lakin bunun hər zaman infeksiya olmadığını vurğulayan mütəxəssis günvurma ilə bağırsaq infeksiyalarının fərqləndirici xüsusiyyətlərini belə sıralayıb:
Günvurmanın əlamətləri:
•Uzun müddət günəş altında qaldıqdan sonra müşahidə olunur.
•Dəri həddindən artıq isti, quru və qızarmış olur.
•Başgicəllənmə, başağrısı, ürəkbulanma və qusma ilə müşayiət olunur.
•Yoluxucu deyil və bağırsaq infeksiyalarından fərqli olaraq, adətən ishal müşahidə edilmir.
•Əlamətlər gün vurduqdan çox qısa müddət sonra — 1–6 saat ərzində özünü göstərir.
Həkim qeyd edib ki,xəstəliyin özünü göstərməsi üçün ən azı 2–3 gün gizli (inkubasiya) dövr tələb olunur:
“Yoluxucu olduğu üçün adətən ailədə və ya kollektivdə bir neçə nəfərdə eyni vaxtda müşahidə edilir. Qarında kəskin ağrılar, sancılar və qusma ilə yanaşı hökmən ishal da müşayiət olunur”.
Dr. Tərlan Əyyubov bildirib ki, bu fərqləri bilmək həm valideynlər, həm də tibb personalları üçün uşağa doğru və vaxtında kömək göstərmək baxımından həyati əhəmiyyət kəsb edir.
13:16 / 30 İyul 2026
5
13:15 / 30 İyul 2026
7
13:12 / 30 İyul 2026
14
13:07 / 30 İyul 2026
75
12:59 / 30 İyul 2026
26
12:48 / 30 İyul 2026
299
12:45 / 30 İyul 2026
52
12:35 / 30 İyul 2026
52
12:30 / 30 İyul 2026
56
12:29 / 30 İyul 2026
241
12:16 / 30 İyul 2026
403
12:15 / 30 İyul 2026
58
11:54 / 30 İyul 2026
59
11:21 / 30 İyul 2026
67
11:10 / 30 İyul 2026
77
11:05 / 30 İyul 2026
65
10:52 / 30 İyul 2026
79
10:46 / 30 İyul 2026
73
10:40 / 30 İyul 2026
70
10:30 / 30 İyul 2026
72
10:24 / 30 İyul 2026
74
10:20 / 30 İyul 2026
85
10:15 / 30 İyul 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.