Apandisit və böyrək daşı necə fərqləndirilir? -Həkim MƏSLƏHƏTİ
29 İyul 2026, 12:55
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
67
29.07.2026, 11:15
Son illərdə texnologiyanın sürətli inkişafı tibb sahəsində, xüsusilə də radiologiyada köklü dəyişikliklərə səbəb olub. Müasir diaqnostika cihazlarının imkanları xəstəliklərin vaxtında və dəqiq aşkarlanmasında mühüm rol oynayır. Həkimlərin iş yükünü azaldan və insan faktorundan qaynaqlanan xətaları minimuma endirən ən böyük yeniliklərdən biri isə süni intellekt protokollarının tətbiqidir. Yeni nəsil rentgen, KT, MRT və USM cihazları sayəsində pasiyentlərin müayinə müddəti və şüa qəbulu ciddi şəkildə azalıb.
Oxu24.com-un həmsöhbəti radioloq Dr. Emin Hacıyev müasir radiologiyanın imkanları və süni intellektin təbabətdəki rolu barədə verilişdə verdiyi açıqlamada bunları qeyd edib:
"Müasir radiologiyada ən innovativ kəşflərdən biri süni intellektdir. Son dövrlərdə həm KT, həm USM, həm MRT, həm də rentgen cihazlarına süni intellekt protokolları tətbiq edilir.
Süni intellekt həkimin gözündən yayınan çox küçük töremələri daha tez aşkarlayır və ya onları üzə çıxarmaqda həkimə kömək edir. O, anatomik strukturları göstərir, həkimin onları atlasda və ya digər mənbələrdə axtarmaq üçün vaxt itkisi olmur”.
Onun sözlərinə görə, o radioloqun iş yükünü azaldır, diqqətdən yayınan məlumatları təqdim edərək radioloqa istiqamət verir. Radioloq isə həmin nahiyəyə daha yaxşı nəzarət edərək xəstəliyi vaxtında aşkarlaya bilir:
“İyonlaşdırıcı şüa ilə işləyən cihazlara — məsələn, rentgen və KT-yə aid etsək, burda şüa indeksinin azalması, tezliyin çoxalması ilə xəstəliyin müayinə vaxtının azaldılması baş verir. Məsələn, hazırda 125 slays-lı KT cihazları var ki, bunlarda abdominal müayinə hətta 30 saniyə ərzində bitir”.
12:51 / 29 İyul 2026
1
12:45 / 29 İyul 2026
31
12:30 / 29 İyul 2026
50
12:25 / 29 İyul 2026
43
12:20 / 29 İyul 2026
42
12:13 / 29 İyul 2026
56
12:10 / 29 İyul 2026
53
12:00 / 29 İyul 2026
56
11:40 / 29 İyul 2026
59
11:36 / 29 İyul 2026
58
11:36 / 29 İyul 2026
302
11:30 / 29 İyul 2026
63
11:11 / 29 İyul 2026
94
10:53 / 29 İyul 2026
64
10:50 / 29 İyul 2026
61
10:50 / 29 İyul 2026
57
10:48 / 29 İyul 2026
889
10:45 / 29 İyul 2026
66
10:37 / 29 İyul 2026
285
10:35 / 29 İyul 2026
82
10:35 / 29 İyul 2026
67
10:25 / 29 İyul 2026
179
10:17 / 29 İyul 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.