Pensiyaya çıxdıqdan sonra işləyənlərlə bağlı qərar – 6 il sonra
18 Oktyabr 2026, 10:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1162
29.07.2026, 09:28
Sumqayıt və Xırdalan istiqamətində yeni metro xəttinin yaradılacağı nəzərdə tutulur. Bildirilib ki, paytaxtın metro infrastrukturunun genişləndirilməsi çərçivəsində 10 yeni metro xəttinin çəkilməsi planlaşdırılır. Lakin metronun genişləndirilməsi ilə bağlı bu cür açıqlamalar illərdir səslənsə də, bir çox layihələr üzrə dəqiq açılış tarixləri hələ də açıqlanmır. Xüsusilə Xırdalan sakinləri uzun müddətdir metro xəttinin onların yaşadığı əraziyə çatdırılmasını gözləyir.
Bəs yeni metro xətlərinin tikintisi və istifadəyə verilməsi niyə gecikir? Sumqayıt və Xırdalan istiqamətində nəzərdə tutulan xətt nə vaxt reallaşa bilər?
Oxu24.com xəbər verir ki,Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, metro xətlərinin çəkilməsi asan proses deyil:
“Bu, aylarla deyil, əksər hallarda illərlə davam edən mürəkkəb infrastruktur layihəsidir. Ancaq bu, görüləcək işlərin plansız və qeyri-müəyyən şəkildə həyata keçirilməsi anlamına gəlməməlidir. Məsələyə ciddi yanaşılmalı, dəqiq plan hazırlanmalıdır. Hansı tarixdə tikintiyə başlanacağı, hansı tarixdə başa çatacağı əvvəlcədən müəyyənləşdirilərək ictimaiyyətə açıqlanmalıdır. Əlbəttə, belə iri layihələrdə bir-iki, hətta üç-beş aylıq gecikmələr baş verə bilər. Lakin bu gecikmələr illərlə davam etməməlidir. İnsanların narazılığı da məhz bundan qaynaqlanır. Çünki uzun illərdir eyni layihələr barədə danışılır, lakin real nəticələr görünmür. Bu cür yanaşma düzgün deyil”.
Ekspertin fikrincə, digər tərəfdən də, metro tikintisinin son dərəcə mürəkkəb proses olduğunu nəzərə almaq lazımdır:
“Marşrutların müəyyənləşdirilməsi, ərazilərin hazırlanması, geoloji tədqiqatlar, təhlükəsizlik tələblərinə əməl olunması və digər texniki mərhələlər kifayət qədər vaxt tələb edir. Buna baxmayaraq, uzun illər ərzində yalnız müzakirələrin aparılması, real işlərin isə görülməməsi haqlı suallar doğurur. Hesab edirəm ki, dövlətin də marağı bu layihələrin mümkün qədər operativ şəkildə həyata keçirilməsidir. Bunun üçün isə əsas şərt bütün qurumlar arasında dəqiq koordinasiyanın təmin edilməsi, işlərin əvvəlcədən düzgün planlaşdırılması, ərazilərin vaxtında müəyyənləşdirilməsi və bütün mərhələlərin ardıcıl icra olunmasıdır”.
Xırdalan və Sumqayıt istiqamətində metro xətlərinin çəkilməsinə gəlincə, Elməddin Muradlı deyib ki, bu layihələr hazırda ayrıca dövlət proqramında nəzərdə tutulmasa da, gələcəkdə ayrıca layihələr çərçivəsində həyata keçirilməsi ilə bağlı niyyət var.
10:31 / 18 Oktyabr 2026
1
10:29 / 18 Oktyabr 2026
11
10:27 / 18 Oktyabr 2026
21
10:25 / 18 Oktyabr 2026
28
00:00 / 18 Oktyabr 2026
230
23:59 / 17 Oktyabr 2026
155
23:34 / 17 Oktyabr 2026
183
23:19 / 17 Oktyabr 2026
193
22:59 / 17 Oktyabr 2026
193
22:49 / 17 Oktyabr 2026
209
22:21 / 17 Oktyabr 2026
335
22:12 / 17 Oktyabr 2026
211
22:10 / 17 Oktyabr 2026
177
22:05 / 17 Oktyabr 2026
196
21:57 / 17 Oktyabr 2026
282
21:40 / 17 Oktyabr 2026
267
21:18 / 17 Oktyabr 2026
119
20:39 / 17 Oktyabr 2026
133
20:39 / 17 Oktyabr 2026
212
20:16 / 17 Oktyabr 2026
145
20:03 / 17 Oktyabr 2026
211
20:03 / 17 Oktyabr 2026
2392
19:50 / 17 Oktyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.