Peyğəmbərin dediyi təsdiq olundu: Ayaq üstə su içmək...
11 Oktyabr 2026, 08:24
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
288
29.07.2026, 12:13
“Sertifikasiya üzrə sual bazası açıq olacaq, yeni tətbiq istifadəyə veriləcək”.
Bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev AzTV və “Trend”ə müsahibəsində deyib.
Nazir qeyd edib ki, tibb işçilərinin sertifikasiyası cəza mexanizmi deyil, peşəkar inkişafın təmin olunmasına xidmət edir. Onun sözlərinə görə, cəmiyyətdə geniş müzakirə olunan tibb mütəxəssislərinin sertifikasiyası prosesi cəza və ya təzyiq mexanizmi kimi qiymətləndirilməməlidir. Bu prosesin əsas məqsədi tibb işçilərinin davamlı peşəkar inkişafını təmin etmək və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltməkdir.
“Bu mövzu uzun müddət tibbi icmanın müzakirə mövzusuna çevrilmişdi. Səhiyyə Nazirliyinin mövqeyi daim bir olub. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən tibb işçisini layiqli davamlı tibbi təhsillə təmin etmək, davamlı peşəkar inkişaf imkanları yaratmaq və nəticə etibarilə insanlarımıza, vətəndaşlarımıza göstərilən tibbi xidmətin yüksək keyfiyyətdə təmin edilməsinə zəmanət vermək əsas məqsədimizdir. Sertifikasiya imtahanı özlüyündə heç bir cəza və ya hansısa basqı, sıxıcı məqam deyil. Təbii ki, elə insanlar var ki, imtahana girməkdən çəkinirlər, psixoloji çətinlikləri olur, bunu da anlayırıq.
Sertifikasiya imtahanından keçid faizi tibb işçiləri arasında ən qızğın müzakirələrin getdiyi dövrdə belə 97 faiz idi. Yəni səs-küy onun mahiyyətindən daha çox idi, amma hər beş ildən bir imtahan keçirməklə hər bir insanın bilik və bacarıqlarını qiymətləndirmək mümkündür, onları artırmaq isə mümkün deyil. Səhiyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı olaraq və Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qorunması istiqamətində lazımi tədbirlərin görülməsini əsas götürərək yeni təşəbbüslə çıxış etdi. Bu yaxınlarda bildiyiniz kimi, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edildi. Həmin dəyişikliklərə əsasən artıq beş ildən bir keçirilən imtahanla yanaşı, hər bir həkim və ya tibb işçisi seçim edə biləcək. Onlar beş il ərzində Davamlı Peşəkar İnkişaf proqramı üzrə ümumilikdə 250 kredit balından az olmayaraq toplamaqla da həmin sertifikatı əldə edə biləcəklər”, - nazir qeyd edib.
Teymur Musayev bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən sertifikasiya sual bazası da mütəmadi yenilənir və yaxın vaxtlarda bu istiqamətdə yeni rəqəmsal həll istifadəyə veriləcək: “Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq sual bazası yenilənir. Buraya daha müasir yanaşmalar, müasir müalicə metodlarına dair məlumatlar daxil edilir. Bu yaxınlarda bu istiqamətdə də rəqəmsal yenilik olacaq.
Davamlı olaraq hər il orta hesabla 50 kredit balı toplamaq imkanı və ya vaxtı olmayan, çox intensiv çalışan mütəxəssislər üçün, yalnız imtahan vermək istəyənlərə xüsusi tətbiq təqdim olunacaq.
Həmin tətbiqdə bütün sual bazası öz əksini tapacaq. Burada gizlədiləsi heç nə yoxdur. Biliyi gizlətmək düzgün deyil, əksinə, onu təbliğ etmək və yaymaq lazımdır. Sual toplusunda hər bir sualın düzgün cavabı göstəriləcək, eyni zamanda onun akademik izahı təqdim olunacaq. Beləliklə, insanlar sadəcə hansı cavabın düzgün olduğunu deyil, məhz niyə həmin cavabın düzgün olduğunu da əlavə ədəbiyyat axtarmadan, tam akademik izahı ilə birlikdə görə biləcəklər”.
00:00 / 18 Oktyabr 2026
88
23:59 / 17 Oktyabr 2026
63
23:34 / 17 Oktyabr 2026
66
23:19 / 17 Oktyabr 2026
78
22:59 / 17 Oktyabr 2026
79
22:49 / 17 Oktyabr 2026
96
22:21 / 17 Oktyabr 2026
140
22:12 / 17 Oktyabr 2026
113
22:10 / 17 Oktyabr 2026
93
22:05 / 17 Oktyabr 2026
100
21:57 / 17 Oktyabr 2026
141
21:40 / 17 Oktyabr 2026
158
21:18 / 17 Oktyabr 2026
92
20:39 / 17 Oktyabr 2026
97
20:39 / 17 Oktyabr 2026
142
20:16 / 17 Oktyabr 2026
110
20:03 / 17 Oktyabr 2026
138
20:03 / 17 Oktyabr 2026
1601
19:50 / 17 Oktyabr 2026
105
19:38 / 17 Oktyabr 2026
286
19:38 / 17 Oktyabr 2026
136
19:32 / 17 Oktyabr 2026
1002
19:26 / 17 Oktyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.