Qaynar xətt:

(+99450) 247 90 86

Autoimmun hepatit zamanı bədən öz hüceyrələrinə necə hücum edir? — Mütəxəssisdən VACİB AÇIQLAMA

Autoimmun hepatit zamanı bədən öz hüceyrələrinə necə hücum edir? — Mütəxəssisdən VACİB AÇIQLAMA

TİBB

69

24.07.2026, 12:24

Oxu24.com xəbər verir ki, qaraciyər insan bədənində həyati əhəmiyyət daşıyan və bir çox mühüm funksiyaları yerinə yetirən əsas orqanlardandır. Lakin müasir dövrdə müxtəlif səbəblərdən yaranan qaraciyər xəstəlikləri hər zaman tibb ictimaiyyətinin diqqət mərkəzində olmuşdur. Xüsusilə immun sisteminin pozulması ilə əlaqədar ortaya çıxan patologiyalar insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Xroniki xarakter daşıyan autoimmun hepatit də məhz belə təhlükəli və diqqət tələb edən xəstəliklərdən biri hesab olunur. Bu zaman bədənin immun sistemi öz hüceyrələrini yad kimi qəbul edərək onlara qarşı mübarizəyə başlayır. Mütəxəssislər bu xəstəliyin vaxtında aşkar edilməsinin və düzgün diaqnozun qoyulmasının həyati əhəmiyyət daşıdığını vurğulayırlar.

Mövzu ilə bağlı Oxu24.com-a danışan terapevt-hepatoloq, tibb üzrə fəlsəfə doktoru Sevinc Abasova xəstəliyin təfərrüatlarını açıqlayıb. Həkim bildirib ki, autoimmun hepatit xroniki qaraciyər xəstəliyi olub, bu zaman bədənin immun sisteminin hüceyrələri qaraciyər hüceyrələrini özünə yad tanıyır və ona hücum edirlər. Qeyd olunub ki, bu autoimmun xəstəlik ən çox qadınlarda rast gəlinir.

Xəstəliyin əsas əlamətləri aşağıdakılardır:

•Halsızlıq

•Qaşınma

•Oynaqlarda ağrı

•Sarılıq

Həkim qeyd edib ki, vaxtında düzgün diaqnoz qoyularsa, xəstələrin 80 faizi 20 il yaşama müddətinə malik ola bilərlər.

Autoimmun hepatit digər oxşar xəstəliklərlə də yanaşı müşahidə oluna bilər:

•Tiroidit

•Qreys xəstəliyi

•Çölyak xəstəliyi

•Xoralı kolit

Mütəxəssis bildirib ki, "overlap" sindromu üst-üstə yanaşı gedən xəstəliklər deməkdir. Məsələn, autoimmun hepatit birinci tip biliar xolangitlə, ikinci tip biliar xolangitlə və reumatoid artritlə yanaşı gedə bilər.