Bu bitkini yeyənlərə XƏBƏRDARLIQ: "Xəstəxanalıq ola bilərsiniz" — Həkimdən ÇAĞIRIŞ
23 İyul 2026, 13:28
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
74
23.07.2026, 12:10
Müasir stomatologiyada diş kanallarının düzgün müalicəsi və sonrakı bərpa prosesi ağız sağlığının qorunmasında həlledici rol oynayır. Tez-tez rast gəlinən məsələlərdən biri də kök kanalları işləndikdən dərhal sonra restavrasiyanın (bərpanın) həyata keçirilməsidir. Çoxkanallı dişlərin müalicəsi zamanı proses həkimdən böyük diqqət, vaxt və fiziki səy tələb edir. Müalicə zamanı müvəqqəti boşluqların hermetik (mühkəm) bağlanması gələcəkdə infeksiya və fəsadların qarşısını almaq üçün xüsusi əhəmiyyət kəsb edir. Yanlış material seçimi və ya qaydalara əməl edilməməsi aparılan kanal müalicəsinin uğursuzluqla nəticələnməsinə gətirib çıxara bilər. Bu baxımdan mütəxəssislər kanal müalicəsindən sonrakı mərhələdə doğru texnika və materiallardan istifadə olunmasının vacibliyini vurğulayırlar.
Bu barədə Oxu24.com-a həkim-stomatoloq Samirə Şirinova açıqlama verib.
Həkim kök kanallarının işlənməsindən sonra post-endo boşluğun hermetik bağlanması və restavrasiya mərhələləri haqqında danışarkən bildirib:
"Kök kanallarının işlənməsindən sonra dərhal restavrasiya etmək olar. Lakin 3, 4 və ya hətta 5 kanallı dişlərin müalicəsi zamanı bəzən həkimin fiziki gücü və vaxtı dərhal tam restavrasiya etməyə çatmr. Bu zaman müvəqqəti boşluğu hermetik bağlamaq tələb olunur”.
S.Şirinova xüsusilə pulpitlərin müalicəsində istifadə olunan materiallara diqqət çəkib:
"Pulpitlərin müalicəsində həkimlər daha çox dentin pastasına üstünlük verirlər. Lakin dentin pasta ağız suyu ilə quruyur. Bu səbəbdən ən azı pulpitlərdə kanalların girişinə öncə steril teflon, flo və ya sement qoyulmalı, yalnız bundan sonra dentin pastadan istifadə edilməlidir. Təbii ki, bu hallarda ən yaxşı və etibarlı seçim birbaşa sementlərdən istifadə etməkdir”.
14:02 / 23 İyul 2026
39
13:54 / 23 İyul 2026
52
13:53 / 23 İyul 2026
53
13:29 / 23 İyul 2026
59
13:28 / 23 İyul 2026
52
13:02 / 23 İyul 2026
78
12:40 / 23 İyul 2026
84
12:19 / 23 İyul 2026
73
12:17 / 23 İyul 2026
67
12:02 / 23 İyul 2026
76
11:55 / 23 İyul 2026
95
11:52 / 23 İyul 2026
79
11:46 / 23 İyul 2026
145
11:45 / 23 İyul 2026
72
11:34 / 23 İyul 2026
180
11:31 / 23 İyul 2026
214
11:25 / 23 İyul 2026
73
11:16 / 23 İyul 2026
1226
11:13 / 23 İyul 2026
74
11:08 / 23 İyul 2026
79
11:05 / 23 İyul 2026
667
10:56 / 23 İyul 2026
83
10:56 / 23 İyul 2026
447
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.