Dərinin qocalmasına təsir edən əsas amillər açıqlandı
22 İyul 2026, 14:10
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
74
22.07.2026, 13:45
Bütün günü evi təmizləmək, əlləri dəfələrlə yumaq və bu ciddi təmizlik qaydalarını evdəki digər insanlardan da tələb etmək günümüzün ən geniş yayılmış problemlərindən biridir. Çox vaxt insanlar evə daxil olan kimi çöl paltarı ilə içəri keçməməyi və ya saatlarla yuyunmağı sadəcə səliqə-sahman, təmizkarlıq və ya imandan gələn bir xüsusiyyət kimi qiymətləndirirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, davamlı yuma, təmizləmə və nəzarət ehtiyacı artıq gündəlik həyatı çətinləşdirirsə, bu, sadə bir vərdiş deyil, psixoloji pozuntuya işarədir. Elm dünyasında Obsesiv-kompulsiv pozuntu (OKP) adlanan bu vəziyyət insanın beyninə iradəsindən kənar gələn narahatedici düşüncələrdən (obsesiyalardan) qurtulmaq üçün etdiyi təkrarlanan hərəkətlərlə (kompulsiyalarla) xarakterizə olunur. Əslində burada əsas məsələ təmizlik yox, insanın daxilində yaşadığı gərginlik və təşvişdir. Bu problemdən əziyyət çəkən şəxslər özləri daxili gərginlikdən əziyyət çəkməklə yanaşı, eyni zamanda ailə üzvlərini, birgə yaşadıqları və ya işlədikləri insanları da böyük gərginlikdə saxlayırlar. İnsanlar çox vaxt bu halın öhdəsindən təkbaşına gəlməyə çalışsalar da, xüsusi psixoloji dəstək olmadan vəziyyəti dəyişmək mümkünsüz olur. Vaxtında tədbir görülmədikdə isə bu xəstəlik insanın həyat keyfiyyətini kəskin şəkildə aşağı salır və onu cəmiyyətdən təcrid edir.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Dr. Elnur Rüstəmov saytımıza açıqlama verib.
Həkim-psixoloq bildirib ki, günümüzdə bir çox insanlar məhz bu problemdən əziyyət çəkir, lakin bunu adiləşdirməyə çalışırlar:
"Bütün gün evdə təmizlik etməl, əl yumaq, yuyunmaq və bunu həm də bəzən evdə olan insanlardan tələb eləmək, evə girən kimi “əlinizi yuyun”, “çöl paltarı ilə evə keçmə” demək... Etiraf edək ki, bugün bu problemdən əziyyət çəkən insanlar var. Onlara deyəndə ki, bu normal deyil, deyirlər ki, “təmizlik imandandır”.
Onun sözlərinə görə, biz burada daha çox psixoloji pozuntudan danışırıq. Buna psixologiyada Obsesiv-kompulsiv pozuntu deyilir:
“OKP insanın istəmədən beyninə gələn fikri, düşüncəni, yəni obsesiyanı uzaqlaşdırmaq üçün etməyə məcbur olduğu hərəkətlər və davranışlardır. Bu təkrarlanır. Nəticədə insanlar məhz onların narahat edən düşüncələri uzaqlaşdırmaq üçün davamlı təmizlik işləri aparırlar. Yekunda özləri əziyyət çəkirlər, həm də onlar ilə bir evdə yaşayan, bir müəssisədə işləyən insanlar əziyyət çəkirlər. Özləri də bunun öhdəsindən gəlməkdə çətinlik çəkirlər”.
E. Rüstəmov xəbərdarlıq edib ki, belə hallarda mütləq şəkildə mütəxəssis dəstəyi almaq vacibdir və mümkündür:
“Tez bir zamanda bu problemlər aradan qaldırılsın və insan normal həyatına qayıda bilsin, həyat keyfiyyətini artırsın. Çünki bu xəstəlik adam öldürməz, həyat səviyyəsini aşağı salar”.
16:36 / 22 İyul 2026
1
16:31 / 22 İyul 2026
18
16:19 / 22 İyul 2026
31
16:04 / 22 İyul 2026
56
15:47 / 22 İyul 2026
56
15:35 / 22 İyul 2026
71
15:13 / 22 İyul 2026
64
15:11 / 22 İyul 2026
1097
15:07 / 22 İyul 2026
219
15:06 / 22 İyul 2026
282
14:59 / 22 İyul 2026
158
14:59 / 22 İyul 2026
64
14:41 / 22 İyul 2026
84
14:12 / 22 İyul 2026
77
14:10 / 22 İyul 2026
64
14:05 / 22 İyul 2026
66
14:01 / 22 İyul 2026
66
14:00 / 22 İyul 2026
73
13:30 / 22 İyul 2026
94
13:15 / 22 İyul 2026
85
13:10 / 22 İyul 2026
291
13:00 / 22 İyul 2026
91
12:52 / 22 İyul 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.