Dəri xərçəngindən necə qorunmalı? – Həkim əsas riskləri açıqladı
04 Avqust 2026, 18:53
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
306
15.07.2026, 14:08
Müasir dövrdə uşaqların texnologiya ilə erkən yaşlardan tanış olması artıq adi hala çevrilib. Valideynlərin bir qismi övladına yemək yedizdirmək, onu sakitləşdirmək və ya məşğul etmək üçün telefon və planşetdən istifadə edir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu vərdiş uzunmüddətli perspektivdə uşağın psixoloji, emosional və sosial inkişafına mənfi təsir göstərə bilər.
Oxu24.com-a açıqlama verən uşaq və yeniyetmə psixiatrı Aydan İsgəndərzadə bildirib ki, valideynlərin ən çox etdiyi səhvlərdən biri uşağın diqqətini ekrana yönəldərək onu yeməyə məcbur etmələridir.
Onun sözlərinə görə, bir çox ailələrdə uşaq yemək masasına oturdulur, qarşısına telefon və ya planşet qoyulur, diqqəti ekrana yönəldildiyi üçün fərqinə varmadan yemək yedizdirilir. Halbuki bu üsul düzgün hesab edilmir.
"Valideynlər çox vaxt düşünür ki, əsas odur uşaq yeməyini yesin. Amma uşağın necə yeməsi, yemək prosesini necə qəbul etməsi və həmin vaxt valideynlə qurduğu ünsiyyət də ən az qidalanmanın özü qədər vacibdir. Telefon qarşısında yemək uşağın həm qida ilə, həm də ailə ilə sağlam münasibət formalaşdırmasına mane olur", – deyə psixiatr bildirib.
Aydan İsgəndərzadə qeyd edib ki, yemək vaxtı uşaq ailə üzvləri ilə ünsiyyət qurmalı, qidanın dadını hiss etməli və yemək prosesini şüurlu şəkildə yaşamalıdır.
"UşağA ud, tez ye" deyərək tələsdirmək, boğazına yeməyi zorla vermək və ya diqqətini ekrana yönəldərək qidalandırmaq sağlam yanaşma deyil. Valideyn uşağın fikrinə də hörmət etməlidir. Məsələn, ondan soruşmaq olar ki, bu gün yumurtanı necə yemək istəyirsən? Bu cür sadə seçimlər belə uşağın müstəqilliyini və özünəinamını inkişaf etdirir", – deyə o bildirib.
Psixiatr vurğulayıb ki, uşağın emosional inkişafında valideynlə qurduğu münasibət həlledici rol oynayır.
"Valideyn yalnız uşağın fiziki ehtiyaclarını ödəməklə kifayətlənməməlidir. Gün ərzində işlə məşğul olmaq təbiidir. Amma zaman-zaman uşağa baxmaq, onun nə ilə maraqlandığını izləmək, nəyə güldüyünü, nəyi göstərmək istədiyini görmək, onunla danışmaq və birlikdə oyun oynamaq emosional bağın formalaşması üçün son dərəcə vacibdir", – deyə Aydan İsgəndərzadə bildirib.
Mütəxəssis son illər uşaqların ekran qarşısında keçirdiyi vaxtın ciddi şəkildə artdığını da qeyd edib.
Onun sözlərinə görə, texnologiyanı tamamilə qadağan etmək düzgün yanaşma deyil.
"Biz artıq texnologiyanın həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə yaşayırıq. Məqsəd uşağı telefondan tam uzaqlaşdırmaq deyil. Əsas məqsəd texnologiyadan düzgün və yaşına uyğun istifadə vərdişi formalaşdırmaqdır. Ekran müəyyən vaxt məhdudiyyəti ilə, valideyn nəzarəti altında və keyfiyyətli məzmunla istifadə olunmalıdır", – deyə psixiatr bildirib.
Aydan İsgəndərzadə cəmiyyətdə geniş yayılan başqa bir yanlış təsəvvürə də münasibət bildirib.
"Çox vaxt valideynlər düşünür ki, telefon və planşet autizm yaradır. Bu doğru deyil. Elmi araşdırmalar göstərir ki, ekran autizm spektr pozuntusuna səbəb olmur. Ancaq həddindən artıq ekran istifadəsi nitqin inkişafına, diqqətə, sosial bacarıqlara və emosional ünsiyyətə mənfi təsir göstərə bilər. Buna görə də ekran zərərlidir, amma autizmin səbəbi deyil", – deyə o vurğulayıb.
Psixiatr bildirib ki, bəzi valideynlər uşaqların texnologiyadan istifadə bacarıqlarını yüksək intellekt əlaməti kimi qiymətləndirirlər.
"Bəzən valideyn deyir ki, mən həmin proqramı aça bilmirəm, amma uşağım bir neçə saniyəyə tapır. Bu, uşağın texniki bacarığının inkişaf etdiyini göstərə bilər. Amma bu, onun emosional və sosial inkişafının da eyni səviyyədə olduğu anlamına gəlmir. Ən vacib bacarıq insanlarla ünsiyyət qurmaq, hisslərini ifadə etmək və sosial münasibətlər formalaşdırmaqdır", – deyə o bildirib.
Aydan İsgəndərzadə bacı-qardaşla böyüyən uşaqlarla tək böyüyən uşaqlar arasında da müəyyən fərqlərin müşahidə olunduğunu bildirib.
Onun sözlərinə görə, bacı və qardaşla böyüyən uşaqlar paylaşmağı, növbə gözləməyi, mübahisəni həll etməyi və birlikdə qərar verməyi daha erkən öyrənirlər. Tək uşaq böyüyənlərdə isə bu bacarıqlar valideynlərin düzgün tərbiyə modeli sayəsində eyni səviyyədə inkişaf etdirilə bilər.
Mütəxəssis həmçinin uzun müddət uşağın tək buraxılmasının da düzgün yanaşma olmadığını qeyd edib.
"Xüsusilə körpə yaşlarında uşağın emosional təhlükəsizlik hissi valideynlə davamlı təmas nəticəsində formalaşır. Uşağın uzun müddət tək qalması onun psixoloji inkişafına mənfi təsir göstərə bilər. İlk illərdə uşağın təhlükəsizlik hissi, sevgi və diqqətə ehtiyacı hər şeydən vacibdir", – deyə psixiatr bildirib.
Sonda Aydan İsgəndərzadə valideynlərə övladları ilə daha çox vaxt keçirməyi, onları dinləməyi, birlikdə oyun oynamağı və texnologiyanı ailədaxili ünsiyyətin əvəzinə deyil, yalnız köməkçi vasitə kimi istifadə etməyi tövsiyə edib. Onun sözlərinə görə, uşağın sağlam psixoloji inkişafının əsasında sevgi, diqqət, ünsiyyət və təhlükəsiz emosional bağ dayanır.
Turan
21:38 / 04 Avqust 2026
21
20:43 / 04 Avqust 2026
56
20:35 / 04 Avqust 2026
129
20:20 / 04 Avqust 2026
75
19:47 / 04 Avqust 2026
75
19:30 / 04 Avqust 2026
103
18:53 / 04 Avqust 2026
75
18:49 / 04 Avqust 2026
74
18:37 / 04 Avqust 2026
111
18:23 / 04 Avqust 2026
87
18:09 / 04 Avqust 2026
72
18:00 / 04 Avqust 2026
152
17:35 / 04 Avqust 2026
95
17:30 / 04 Avqust 2026
92
17:05 / 04 Avqust 2026
87
16:55 / 04 Avqust 2026
172
16:42 / 04 Avqust 2026
88
16:22 / 04 Avqust 2026
101
16:00 / 04 Avqust 2026
104
15:59 / 04 Avqust 2026
97
15:28 / 04 Avqust 2026
244
15:13 / 04 Avqust 2026
104
15:12 / 04 Avqust 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.