Cərrahın qəbuluna gedən hər kəs əməliyyat olunmalıdırmı? – Həkimdən VACİB AÇIQLAMA
08 İyul 2026, 17:33
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
63
09.07.2026, 12:54
Son dövrlərdə insanlar arasında uzunmüddətli yorğunluq, halsızlıq, əzginlik, başgicəllənmə, ətraflarda keyimə və qarışqa gəzməsi hissi ilə bağlı müraciətlərin sayı artmaqdadır. Bir çox hallarda vətəndaşlar bu əlamətləri adi yorğunluq və ya iş yükü ilə əlaqələndirsələr də, mütəxəssislər bildirirlər ki, bu simptomlar bəzən sinir sistemi və digər ciddi xəstəliklərin ilkin xəbərçisi ola bilər.
Oxu24.com-a açıqlama verən nevropatoloq Vaqif Dürüsgəri bildirib ki, gün ərzində qəbul etdiyi pasiyentlərin əhəmiyyətli hissəsi məhz ümumi halsızlıq, fiziki gücsüzlük, ətraflarda keyimə, uyuşma və baş ağrıları ilə bağlı müraciət edir.
Onun sözlərinə görə, bu əlamətlərin yaranmasının tək bir səbəbi yoxdur və hər bir pasiyent fərdi şəkildə qiymətləndirilməlidir.
“Ən çox rast gəldiyimiz səbəblər arasında yuxu pozğunluğu, xroniki stress, əsəb gərginliyi, uzun müddət davam edən zehni və fiziki yüklənmə xüsusi yer tutur. İnsan orqanizmi kifayət qədər istirahət etmədikdə sinir sistemi tədricən yorulur və bu da müxtəlif nevroloji şikayətlərlə özünü göstərməyə başlayır”, – deyə həkim bildirib.
Nevropatoloq qeyd edib ki, bəzi hallarda ətraflarda keyimə və uyuşma sadəcə yorğunluğun deyil, boyun fəqərələrində degenerativ dəyişikliklərin, sinir sıxılmalarının, vitamin çatışmazlığının, şəkərli diabetin və digər nevroloji problemlərin əlaməti ola bilər.
Vaqif Dürüsgərinin sözlərinə görə, vətəndaşların yol verdiyi ən böyük səhvlərdən biri uzun müddət davam edən bu şikayətləri ciddi qəbul etməmələri və həkimə gec müraciət etmələridir.
“Əgər yorğunluq, keyimə, başgicəllənmə və digər oxşar əlamətlər davamlı xarakter alırsa, mütləq ilkin olaraq yaşadığınız ərazi üzrə poliklinikaya və ya aidiyyəti mütəxəssisə müraciət etməlisiniz. Erkən diaqnostika gələcəkdə yarana biləcək ağır fəsadların qarşısını almaqda mühüm rol oynayır”, – deyə o vurğulayıb.
Həkim bildirib ki, sinə nahiyəsində yaranan ağrılar da hər zaman ürək xəstəliyindən xəbər vermir.
“Praktikada tez-tez rast gəlirik ki, pasiyent ürək ağrısından şikayət edir. Müayinələrdən sonra məlum olur ki, problem ürəklə bağlı deyil. Əksər hallarda bu ağrılar qabırğaarası sinirlərin iltihabı, əzələ spazmları, boyun və onurğa problemləri və ya fiziki gərginlik nəticəsində yaranır. Buna görə də hər sinə ağrısını ürək xəstəliyi kimi qiymətləndirmək düzgün deyil”, – deyə nevropatoloq bildirib.
Vaqif Dürüsgəri əlavə edib ki, baş ağrıları və başgicəllənmələr də müxtəlif səbəblərdən yarana bilər.
“Bu şikayətlərin fonunda yüksək və ya aşağı arterial təzyiq, boyun osteoxondrozu, beyin qan dövranı pozğunluqları, qulaqlarda küy, görmə problemləri və digər xəstəliklər dayana bilər. Buna görə də belə pasiyentlərdə zərurət olduqda boyun fəqərələrinin və baş nahiyəsinin instrumental müayinələri aparılır. Diaqnoz dəqiqləşdirildikdən sonra fərdi müalicə planı hazırlanır”, – deyə o qeyd edib.
Mütəxəssis bildirib ki, müalicə yalnız dərman qəbulundan ibarət deyil.
“Sağalma prosesində həyat tərzinin dəyişdirilməsi xüsusi əhəmiyyət daşıyır. Düzgün yuxu rejimi, balanslı qidalanma, fiziki aktivlik, iş və istirahət rejiminin qorunması, stressin azaldılması müalicənin ayrılmaz hissəsidir. Əgər insan bu qaydalara əməl edərsə, həm sağalma prosesi sürətlənər, həm də eyni problemlərin yenidən yaranma riski azalacaq”, – deyə nevropatoloq Vaqif Dürüsgəri əlavə edib.
Həkim sonda vətəndaşlara tövsiyə edib ki, uzun müddət davam edən yorğunluq, əzginlik, baş ağrıları, başgicəllənmə, ətraflarda keyimə və digər nevroloji əlamətləri sadə yorğunluq kimi qiymətləndirməsinlər və vaxtında mütəxəssisə müraciət etsinlər.
Nigar
14:56 / 09 İyul 2026
1
14:53 / 09 İyul 2026
9
14:43 / 09 İyul 2026
39
14:35 / 09 İyul 2026
46
14:30 / 09 İyul 2026
49
14:24 / 09 İyul 2026
52
14:18 / 09 İyul 2026
58
13:58 / 09 İyul 2026
62
13:54 / 09 İyul 2026
64
13:34 / 09 İyul 2026
73
13:32 / 09 İyul 2026
55
13:30 / 09 İyul 2026
64
13:19 / 09 İyul 2026
64
12:58 / 09 İyul 2026
58
12:47 / 09 İyul 2026
84
12:44 / 09 İyul 2026
88
12:38 / 09 İyul 2026
81
12:35 / 09 İyul 2026
78
12:19 / 09 İyul 2026
289
12:07 / 09 İyul 2026
488
12:02 / 09 İyul 2026
84
12:01 / 09 İyul 2026
78
11:48 / 09 İyul 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.