Uşaq nə vaxt danışmalıdır? – Mütəxəssislərdən vacib açıqlama
08 İyul 2026, 14:18
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
87
08.07.2026, 17:33
Müasir tibb elminin inkişafı bir çox xəstəliklərin cərrahi müdaxilə olmadan da müalicəsinə geniş imkanlar yaradır. Lakin cəmiyyətdə hələ də cərrah qəbuluna yazılmağın mütləq şəkildə əməliyyatla nəticələnəcəyinə dair yanlış bir təsəvvür mövcuddur. Çox vaxt pasiyentlər həkimə müraciət etməkdən məhz bu qorxu səbəbindən yayınır və ya müalicəni gecikdirirlər. Əslində isə hər bir xəstəlik fərdi yanaşma tələb edir və əməliyyat yalnız son çarə kimi dəyərləndirilir. Buna görə də cərrahların müalicə taktikasını hansı meyarlara əsasən seçdiyini bilmək pasiyentlər üçün olduqca əhəmiyyətlidir.
Torakal cərrah (döş qəfəsi cərrahı) Op. Dr. Fəyyaz Məmmədov cərrahların əməliyyat qərarını necə verdiyi və hər müraciət edən xəstənin əməliyyat olunub-olunmaması məsələsinə Oxu24.com-a açıqlamasında aydınlıq gətirib.
Həkim cərrahlar arasında çox məşhur olan bir deyimi xatırladaraq bildirib ki, hər bir xəstəliyin mütləq şəkildə əməliyyata göstərişi yoxdur:
“Cərrahlar arasında belə bir deyim var: “Ən yaxşı əməliyyat baş tutmayan əməliyyatdır”. Xeyr, cərrah hər onun yanına gələn xəstəni əməliyyat etmir”.
Ağciyər ətrafına maye yığılması (Plevrit) zamanı nə vaxt müdaxilə edilir?
Dr. Fəyyaz Məmmədov döş qəfəsi cərrahiyyəsində ən çox rast gəlinən hallardan birinin plevral boşluğa (ağciyərlərin ətrafına) maye yığılması, yəni plevrit olduğunu qeyd edib. Onun sözlərinə görə, bəzən mayenin miqdarından asılı olmayaraq, həm diaqnostik məqsədlə, həm də xəstənin nəfəsini rahatlaşdırmaq üçün punksiya icra olunaraq maye boşaldılır.
Lakin elə plevritlər var ki, onlara cərrahi müdaxilə edilmir:“Ürək çatışmazlığı və ya böyrək çatışmazlığı fonunda yaranan plevritlərdə punksiya icra olunmur. Çünki bu hallarda mayenin yığılma səbəbi ağciyər və ya plevra ilə bağlı deyil, birbaşa digər orqanların xəstəliyi ilə əlaqədardır. Bu tip pasiyentlər kardioloq və ya nefroloqun təyin etdiyi konservativ (dərman) müalicə ilə sağalır və maye öz-özünə sorulub gedir”.
Ağciyər xərçəngində əməliyyat qərarı necə verilir?
Böyük cərrahi əməliyyatlardan danışan torakal cərrah, ağciyər xərçəngi zamanı müalicənin xüsusi protokollarla və mərhələli şəkildə aparıldığını vurğulayıb:“I, II və III mərhələlərdə xəstələr əməliyyat oluna bilirlər. I mərhələdə və II A mərhələsinin başlanğıcında xəstəni birbaşa əməliyyat etmək mümkündür. II B və III mərhələlərdə isə pasiyentlər adətən əvvəlcə kimyaterapiya alır, daha sonra əməliyyat olunurlar.
IV mərhələdə isə ağciyər xərçəngi əməliyyat olunmur. Çünki bu mərhələdə əməliyyatın xəstənin yaşam müddətinə bir təsiri olmur. Bu pasiyentlər yalnız kimyaterapiya və şüa terapiyası kimi konservativ müalicələr alırlar”.
Sonda həkim pasiyentləri sakitləşdirərək bildirib ki, cərrahın yanına getmək heç də mütləq şəkildə bıçaq altına yatmaq demək deyil.
Çimnaz
19:46 / 08 İyul 2026
120
19:40 / 08 İyul 2026
34
19:33 / 08 İyul 2026
554
19:32 / 08 İyul 2026
216
19:12 / 08 İyul 2026
198
19:02 / 08 İyul 2026
58
18:53 / 08 İyul 2026
85
18:42 / 08 İyul 2026
278
18:40 / 08 İyul 2026
77
18:35 / 08 İyul 2026
195
18:28 / 08 İyul 2026
73
18:25 / 08 İyul 2026
294
18:17 / 08 İyul 2026
80
18:11 / 08 İyul 2026
629
18:10 / 08 İyul 2026
78
18:00 / 08 İyul 2026
68
17:30 / 08 İyul 2026
73
17:10 / 08 İyul 2026
76
17:08 / 08 İyul 2026
93
17:05 / 08 İyul 2026
90
16:39 / 08 İyul 2026
101
16:38 / 08 İyul 2026
91
16:24 / 08 İyul 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.