Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
18 İyun 2026, 12:28
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
107
18.06.2026, 11:39
İnsult yalnız yaşlı insanlarda rast gəlinən xəstəlik deyil. Son illərdə 20–40 yaş aralığında da bu problemin artdığı müşahidə olunur. Ən təhlükəli məqamlardan biri isə insultun çox vaxt “səssiz” şəkildə inkişaf etməsi və insanın bunu uzun müddət fərq etməməsidir. Bir çox pasiyent insult keçirdikdən sonra “Mən heç bir problem hiss etmirdim, mütəmadi yoxlanırdım” kimi fikirlər səsləndirir.
Oxu24.com xəbər verir ki, nevroloqlar qeyd edirlər ki, insultun yaranmasında bir neçə əsas risk faktoru mühüm rol oynayır. Bunlardan biri xroniki stresdir. Uzunmüddətli stress vəziyyəti damarların daxili qatında — endotel toxumasında zədələnmələr yaradır və nəticədə qan dövranı sistemi üzərində ciddi yük formalaşdırır. Bu proses insult riskini əhəmiyyətli dərəcədə artırır.
Digər mühüm faktor yuxu pozğunluqlarıdır. Xüsusilə yuxu apnesi zamanı gecə saatlarında oksigen səviyyəsinin düşməsi beyin damarlarının əlavə gərginlik altında qalmasına səbəb olur. Bu da “səssiz insult” adlanan vəziyyətin yaranma ehtimalını yüksəldir.
Mütəxəssislər həmçinin hormonal preparatların qəbulu və siqaret istifadəsini də ciddi risk faktorları kimi qeyd edirlər. Doğum kontrol həblərində olan estrogen tərkibi və siqaretin tərkibindəki nikotin qanın laxtalanma meylini artırır, bu isə tromboz və damar tıxanması riskini yüksəldir. Xüsusilə gənc yaşda bu faktorların birgə təsiri daha təhlükəli nəticələrə gətirib çıxara bilər.İnsult çox vaxt qəfil baş versə də, onun yaranma prosesi illərlə davam edən gizli dəyişikliklərin nəticəsidir. Buna görə də xroniki stressin idarə olunması, sağlam yuxu rejimi, zərərli vərdişlərdən uzaq durmaq və mütəmadi tibbi müayinələr bu riskin azaldılmasında mühüm rol oynayır.
Nevroloqlar gənclərə xüsusilə diqqətli olmağı tövsiyə edirlər. Çünki erkən yaşlarda yaranan damar problemləri gələcəkdə ciddi nevroloji fəsadlara yol aça bilər və vaxtında müdaxilə həyat qurtarıcı əhəmiyyət daşıyır.
Nigar
16:52 / 18 İyun 2026
3
16:41 / 18 İyun 2026
28
16:36 / 18 İyun 2026
49
16:26 / 18 İyun 2026
52
16:25 / 18 İyun 2026
63
16:22 / 18 İyun 2026
63
16:16 / 18 İyun 2026
45
16:11 / 18 İyun 2026
50
16:08 / 18 İyun 2026
74
16:06 / 18 İyun 2026
279
16:04 / 18 İyun 2026
96
15:56 / 18 İyun 2026
57
15:31 / 18 İyun 2026
84
15:30 / 18 İyun 2026
72
15:23 / 18 İyun 2026
62
15:20 / 18 İyun 2026
726
15:14 / 18 İyun 2026
100
15:03 / 18 İyun 2026
75
15:01 / 18 İyun 2026
72
14:54 / 18 İyun 2026
86
14:52 / 18 İyun 2026
63
14:34 / 18 İyun 2026
1655
14:30 / 18 İyun 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.