Qaynar xətt:

(+99450) 247 90 86

Ekspert: Qarabağın turizm potensialı dünya kurortlarını geridə qoya bilər

Ekspert: Qarabağın turizm potensialı dünya kurortlarını geridə qoya bilər

QARABAĞ

740

18.06.2026, 12:58

İşğaldan azad edilmiş ərazilərimizə həm ölkəmizə gələn əcnəbi qonaqların (turistlərin), həm də yerli turistlərin marağı son illərdə pik həddə çatıb. Xüsusilə Şuşa, Xankəndi, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində digər rayonlara nisbətən böyük bir turizm aktivliyi müşahidə olunur. Bu da onu göstərir ki, xalqımızın milli ruhu çox oyaqdır və vətəndaşlarımız 30 il işğal altında qalan torpaqlara bir mənəvi dayaq olmaq üçün bu səfərlərə can atırlar. Digər tərəfdən, yerli turistlərin bu bölgələrə axın etməsi orada məskunlaşan yerli sakinlərin sosial rifahına və iqtisadi dirçəlişinə birbaşa xidmət edir.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən tanınmış turizm eksperti Rəhman Quliyev Qarabağ və Şərqi Zəngəzurun gələcək turizm xəritəsini rəqəmlər və tarixi faktlarla təhlil edib.

Bölgəyə birbaşa turist axını necə təşkil olunacaq?

Rəhman Quliyev qeyd edir ki, bölgədə qurulan nəqliyyat infrastrukturu gələcəkdə xarici turistlərin Azərbaycana gəlişini kökündən asanlaşdıracaq:

“Azad edilmiş ərazilərimizdə – Qarabağ və Şərqi Zəngəzurda üç böyük beynəlxalq hava limanının (Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları) tikilib istifadəyə verilməsi gələcəkdə bu istiqamətdə nəhəng bir turizm potensialının formalaşacağından xəbər verir. Bu limanların mövcudluğu xarici ölkələrdən birbaşa olaraq bu bölgəyə aviareyslərin təşkil edilməsinə şərait yaradacaq. Beynəlxalq uçuşların birbaşa bura yönəldilməsi Qarabağı qlobal turizm destinasiyasına çevirmək üçün ən mühüm zəmindir”.

“1987-ci ilin sovet analizləri sübut etdi: Bizim sular xarici kurortlardan qat-qat zəngindir"

Ekspert Qarabağın yeraltı sərvətlərinin və mineral sularının tibbi-turizm baxımından dünyada analoqu olmadığını vurğulayıb və tarixi bir faktı xatırladıb:

“Qarabağın təbiəti, füsunkar gözəlliyi və yaşıl örtüyü ilə yanaşı, xüsusilə yeraltı təbii mineral bulaqları insan orqanizmi üçün yüksək müalicəvi əhəmiyyətə malikdir. Bu sular termal xarakterlidir. Faktlara baxaq: hələ 1987-ci ildə Sovetlər İttifaqı zamanı Kəlbəcərin “İstisu”yunun və Zəngilanın “Qotur su” bulağının tərkibi laboratoriyada ciddi şəkildə analiz olunmuşdu. O vaxt sübut olundu ki, bu suların mineral tərkibi və keyfiyyəti xarici dövlətlərdəki məşhur termal suların tərkibindən qat-qat zəngindir”.

Dünya brendlərinə rəqib: “Karlovı Varı, Roqaşka və Yessentuki Qarabağdan geri qalacaq”

Rəhman Quliyevin sözlərinə görə, gələcəkdə bulaqların ətrafında qurulacaq sanatoriyalar regional liderliyi ələ alacaq:

“Yaxın gələcəkdə Zəngilanda “Qotur su”, Laçında “Turşsu”, Kəlbəcərdə “İstisu”, Şuşada “İsa bulağı” və adını çəkmədiyim yüzlərlə digər mineral bulaqların ətrafında müalicəvi sanatoriyaların tikilməsi bu bölgəni dünya brendinə çevirəcək. Biz buralarda sanatoriyaların qurulmasına üstünlük verməliyik, çünki bunu artıq yer, torpaq, təbiət və oradakı mineral bulaqların özü tələb edir. Bu potensial reallaşdıqdan sonra Qarabağ turizmi dünyaca məşhur olan Çexiyanın Karlovı Varı, Sloveniyanın Roqaşka, Rusiyanın Yessentuki və Kislovodsk kimi nəhəng kurort mərkəzlərini tamamilə geridə qoyacaq”.

Ekspert təkcə sağlamlıq turizmi deyil, həm də qış və ekstremal idman turizmi üçün investorlara çağırış edib:

“Bölgənin relyefi imkan verir ki, Zəngilan, Laçın və Kəlbəcər dağlarında irimiqyaslı dağ-xizək kurort kompleksləri yaradılsın. Bunun üçün çox gözəl və münbit şərait var. Biz investorları bu istiqamətdə məlumatlandırmalıyıq. Burada həm böyük investisiyalı, həm də orta və aşağı büdcəli turizm komplekslərinin yaradılması hazırda çox zəruridir”.

“Yaxın 100 ildə qlobal müharibələr olmayacaq, iqtisadi rəqabətə və turizmə hazır olmalıyıq"

Sonda dünyadakı geosiyasi vəziyyətə toxunan Rəhman Quliyev, Azərbaycanın qeyri-neft sektorunda turizmin rolunu xüsusi qeyd edib:

“Proqnozlar göstərir ki, yaxın gələcəkdə dünyada baş verən müharibələr sona çatacaq. Son 50-100 ildə dünyada (kiçik münaqişələri nəzərə almasaq) böyük, qlobal toqquşmaların olmayacağını tam əminliklə demək olar. Bu isə o deməkdir ki, dövlətlər arasında artıq iqtisadiyyat üzərində sağlam rəqabət aparılacaq. Biz bu rəqabətə hazır olmalıyıq. Azərbaycan qeyri-neft sektoru olaraq məhz turizm sahəsinə böyük diqqət ayırmalı, Qarabağın bu tükənməz imkanlarından düzgün istifadə etməlidir”.

Çimnaz Telmanqızı

AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb 

16:07 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb 

69

0
Hər gün içdiyiniz bu dərmanlar təzyiqi və şəkəri qaldırırmış! – Açıqlama

16:05 / 07 Sentyabr 2026

TİBB TİBB

Hər gün içdiyiniz bu dərmanlar təzyiqi və şəkəri qaldırırmış! – Açıqlama

77

0
Qubada kanaldan meyit tapılıb 

16:04 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Qubada kanaldan meyit tapılıb 

63

0
İkinci uşağa 100 manat müavinət verilə bilər? — Açıqlama

15:55 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İkinci uşağa 100 manat müavinət verilə bilər? — Açıqlama

300

0
Həyəcan təbili: Adi diş çürüyü ürəyi sıradan çıxarır – Mütəxəssisdən XƏBƏRDARLIQ  

15:55 / 07 Sentyabr 2026

TİBB TİBB

Həyəcan təbili: Adi diş çürüyü ürəyi sıradan çıxarır – Mütəxəssisdən XƏBƏRDARLIQ  

59

0
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən “MoveUP” təşəbbüsü 

15:50 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən “MoveUP” təşəbbüsü 

59

0
Əsəbiləşmək və xoşbəxtlik qana necə təsir edir? — Mütəxəssisdən AÇIQLAMA  

15:39 / 07 Sentyabr 2026

TİBB TİBB

Əsəbiləşmək və xoşbəxtlik qana necə təsir edir? — Mütəxəssisdən AÇIQLAMA  

60

0
“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub 

15:36 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub 

68

0
Xalq artisti ilə bağlı üzücü xəbər

15:27 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Xalq artisti ilə bağlı üzücü xəbər

76

0
Söhbət Şuşadan gedirsə... — Cəmiyyətin söz sahibləri həmin görüntülərdən DANIŞIR

15:20 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Söhbət Şuşadan gedirsə... — Cəmiyyətin söz sahibləri həmin görüntülərdən DANIŞIR

280

0
Qarabağda mina təhlükəsinə qarşı Çindən strateji dəstək: “Böyük Qayıdış”ın tempi artır – AÇIQLAMA  

15:20 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Qarabağda mina təhlükəsinə qarşı Çindən strateji dəstək: “Böyük Qayıdış”ın tempi artır – AÇIQLAMA  

64

0
Alkoqolun az miqdarda qəbulu belə insan beynini kiçildir – Uzman həkimdən TƏCİLİ XƏBƏRDARLIQ  

15:10 / 07 Sentyabr 2026

TİBB TİBB

Alkoqolun az miqdarda qəbulu belə insan beynini kiçildir – Uzman həkimdən TƏCİLİ XƏBƏRDARLIQ  

63

0