Yeməkdən sonra yuxunuz gəlirsə,buna diqqət etməlisiniz...
29 Sentyabr 2026, 23:23
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
612
22.04.2026, 15:13
Beyin sağlamlığını qorumaq üçün hansı faktorların önəmli olduğu hər zaman maraq doğurur. Son araşdırmalar göstərir ki, D vitamini səviyyəsi bu baxımdan düşündüyümüzdən daha böyük rol oynaya bilər.
Bu barədə Oxu24.com-a açıqlamasında Endokrinoloq Dr. Fərhad Burzu bildirib.
"İrlandiyanın University of Galway alimləri tərəfindən aparılan uzunmüddətli kohort tədqiqatı D vitamininin beyin sağlamlığına təsiri ilə bağlı diqqətçəkən nəticələr ortaya qoyub.16 il davam edən bu tədqiqatda beyin görüntüləmə (PET) vasitəsilə Alzheimerlə əlaqəli dəyişikliklər qiymətləndirilib. Araşdırmada 400-dən çox iştirakçı analiz edilib və yaş, cins, depressiya simptomları kimi faktorlar nəzərə alınıb. Beləliklə, yüksək D vitamini səviyyəsi (>30 ng/mL) olan şəxslərdə “tau” zülalının beyində toplanmasının daha aşağı olduğu müəyyən edilib. Tau zülalı Alzheimer xəstəliyinin əsas biomarkerlərindən biri hesab olunur. Bununla yanaşı, D vitamini səviyyəsi ilə amiloid yığıntıları arasında əlaqə aşkar edilməyib.
Nəticələr göstərir ki, orta yaşda D vitamini səviyyəsinin optimal saxlanılması gələcəkdə demensiya riskinin azaldılmasında rol oynaya bilər. Lakin bu əlaqənin təsdiqi üçün əlavə klinik tədqiqatlara ehtiyac var və hər hansı əlavə qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək vacibdir",-deyə həkim qeyd edib.
Jalə
00:16 / 30 Sentyabr 2026
17
00:02 / 30 Sentyabr 2026
36
23:55 / 29 Sentyabr 2026
920
23:47 / 29 Sentyabr 2026
41
23:43 / 29 Sentyabr 2026
46
23:34 / 29 Sentyabr 2026
41
23:23 / 29 Sentyabr 2026
100
23:12 / 29 Sentyabr 2026
57
23:08 / 29 Sentyabr 2026
55
23:07 / 29 Sentyabr 2026
43
22:50 / 29 Sentyabr 2026
54
22:39 / 29 Sentyabr 2026
58
22:28 / 29 Sentyabr 2026
73
22:28 / 29 Sentyabr 2026
623
22:24 / 29 Sentyabr 2026
119
22:09 / 29 Sentyabr 2026
59
22:09 / 29 Sentyabr 2026
141
21:58 / 29 Sentyabr 2026
210
21:45 / 29 Sentyabr 2026
62
21:36 / 29 Sentyabr 2026
84
21:26 / 29 Sentyabr 2026
65
20:56 / 29 Sentyabr 2026
405
20:53 / 29 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.