Narkoz altında xəstə hər şeyi eşidə bilərmi?
18 Avqust 2026, 16:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
535
09.06.2025, 10:20
Vanderbilt Universiteti, Pittsburq Universiteti və Seul Milli Universitetinin alimləri tərəfindən aparılan araşdırmada 50 və daha yuxarı yaşda olan şəxslərin oturma vaxtı ilə beyin sağlamlığı arasındakı əlaqə araşdırılıb.
Oxu24.com xəbər verir ki, tədqiqat, oturaq həyat tərzinin demans növləri, xüsusən də Alzheimer ilə əlaqəli ola biləcəyini ortaya çıxarıb. Mütəxəssislər tək idmanın kifayət etmədiyini, oturmağa sərf olunan vaxtın da azaldılması lazım olduğunu bildiriblər.
Tədqiqatda yaşı 50-dən yuxarı olan 404 könüllü bir həftə ərzində taxılan sensorlarla izlənilib. İştirakçıların 87 faizi həftəlik tövsiyə olunan ən azı 150 dəqiqə məşq müddətinə əməl edib. Bununla belə, gün ərzində daha uzun müddət oturanlarda beyin həcmində kiçilmə və koqnitiv geriləmə əlamətlərinin olduğu müəyyən edilib.
Xüsusilə yaddaşla əlaqəli olan hipokampus bölgəsində incəlmə müşahidə olunub. Bu bölgənin Alzheimer xəstəliyindən təsirlənən ilk beyin bölgələrindən biri olduğu bilinir.
Nevroloq Dr. Marissa Gogniat, "Alzheimer riskini azaltmaq təkcə idmanla bağlı deyil. Gündəlik oturma vaxtını azaltmaq da çox vacibdir",-deyə qeyd edib.
Araşdırmaya görə, oturma vaxtı ilə beyin sağlamlığı arasında birbaşa səbəb-nəticə əlaqəsi qurulmasa da, hərəkətsizliyin artması ilə beyində yaşlanma prosesinin daha sürətli irəlilədiyi müşahidə edilib.
Alzheimer xəstəliyinə genetik meylli olan fərdlərdə bu əlaqənin daha da güclü olduğu müəyyən edilmişdir.
Tədqiqat beynəlxalq nüfuzlu Alzheimer's & Dementia jurnalında dərc edilib.
Miri
12:49 / 19 Avqust 2026
30
12:45 / 19 Avqust 2026
28
12:38 / 19 Avqust 2026
31
12:32 / 19 Avqust 2026
40
12:30 / 19 Avqust 2026
32
12:16 / 19 Avqust 2026
44
12:01 / 19 Avqust 2026
55
11:52 / 19 Avqust 2026
59
11:49 / 19 Avqust 2026
57
11:27 / 19 Avqust 2026
64
11:13 / 19 Avqust 2026
61
11:09 / 19 Avqust 2026
75
11:07 / 19 Avqust 2026
72
10:52 / 19 Avqust 2026
72
10:40 / 19 Avqust 2026
63
10:31 / 19 Avqust 2026
62
10:27 / 19 Avqust 2026
61
10:15 / 19 Avqust 2026
68
10:09 / 19 Avqust 2026
87
09:58 / 19 Avqust 2026
71
09:37 / 19 Avqust 2026
78
09:25 / 19 Avqust 2026
75
09:12 / 19 Avqust 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.