Rentgen hansı xəstəlikləri aşkar edə bilər? - Mütəxəssislərdən açıqlama
19 Avqust 2026, 13:45
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
553
08.06.2025, 08:47
Tsyasin Nanhu Universitetinin çinli alimləri sübut ediblər ki, qida sənayesində məhsullara ağ rəng vermək üçün geniş istifadə olunan titan dioksid (E171) ciddi metabolik pozğunluqlara səbəb ola bilər.
Tədqiqatın nəticələri “Food and Chemical Toxicology” (FCT) elmi jurnalında dərc olunub.
Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, bu əlavənin nanohissəcikləri qanda şəkərin səviyyəsini tənzimləyən bağırsaq hormonlarının işini pozur.
“E171”in məşhur qida məhsullarında - konfet və peçenyelərdən tutmuş saqqızlara qədər olması xüsusi narahatlıq doğurur. Araşdırmanın müəllifləri bildiriblər ki, titan dioksid nanohissəcikləri 2-ci tip diabet, piylənmə və insulin müqavimətinin inkişafına kömək edə bilər.
Testlər “E171” verilmiş siçanların qanda qlükoza səviyyəsini əhəmiyyətli dərəcədə artırdığını və vacib həzm hormonlarının istehsalını pozduğunu müəyyən edib.
Mütəxəssislər istehlakçılara məhsulların tərkibini diqqətlə oxumağı və titan dioksidi (TiO2 və ya E171) siyahısında olanlardan, xüsusən də uşaq qidalarında və tez-tez istehlak edilən məhsullardan çəkinməyi tövsiyə edib.(report)
13:45 / 19 Avqust 2026
24
13:37 / 19 Avqust 2026
33
13:30 / 19 Avqust 2026
36
13:10 / 19 Avqust 2026
44
13:06 / 19 Avqust 2026
48
12:59 / 19 Avqust 2026
46
12:52 / 19 Avqust 2026
236
12:49 / 19 Avqust 2026
210
12:45 / 19 Avqust 2026
68
12:38 / 19 Avqust 2026
68
12:32 / 19 Avqust 2026
94
12:30 / 19 Avqust 2026
59
12:16 / 19 Avqust 2026
57
12:01 / 19 Avqust 2026
69
11:52 / 19 Avqust 2026
70
11:49 / 19 Avqust 2026
73
11:27 / 19 Avqust 2026
71
11:13 / 19 Avqust 2026
68
11:09 / 19 Avqust 2026
83
11:07 / 19 Avqust 2026
78
10:52 / 19 Avqust 2026
78
10:40 / 19 Avqust 2026
69
10:31 / 19 Avqust 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.