Mövsüm dəyişikliyi ürək çatışmazlığı olan xəstələr üçün hansı təhlükələri yaradır? – KARDİOLOQ DANIŞDI
18 Noyabr 2026, 22:11
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1062
25.03.2025, 10:10
Çərəz, ispanaq, və kakao istifadəsini azaltmaq lazımdır. Oksalat maddəsi, demək olar ki, hər qidanın tərkibində var. Lakin bəzi qidalarda daha çoxdur, buna görə də çərəz, çay, qəhvə, ispanaq, kakao, çiyələk kimi qidaların qəbulu zamanı diqqətli olmaq lazımdır.
Nefroloq Barat Yusubov böyrək daşı olanlar üçün lazımlı qidaları paylaşıb.
Heyvansal protein, kalsium və xüsusilə də pomidorda olan oksalat maddəsi böyrəklərin fəaliyyətinə mənfi təsir göstərir. Xüsusilə böyrək daşı olanlar protein qəbuluna diqqət etməlidirlər. Məsələn, bir yemək qəbulu zamanı heyvansal protein qəbul edirsinizsə (hər hansı ət və ya ət məhsulu), digər yemək qəbulu zamanı lifli qidalara üstünlük verin, əgər səhər çox miqdarda pendir yeyirsinizsə, günorta ət xörəyi yeməyin.
Böyrəkləri su ilə "bəsləmək" vacibdir.
Sidik vasitəsi ilə orta hesabda 50 maddə süzülərək orqanizmdən atılır. Kifayət qədər su içildikdə sidiyin miqdarı artır və bu da maddələr mübadiləsinə və süzülmə prosesinə yaxşı təsir edir. Beləliklə, böyrəklərdə kristallaşma azalır, mövcud olan kiçik kristallar orqanizmdən ifraz olunur. Az su içildiyində isə süzülmə miqdarı azalır və daş əmələ gəlməsinə səbəb olan kalsium, oksalat və oxşar maddələr kristallaşmağa başlayır, zaman keçdikcə daşa çevrilir. Böyrəklərinizdə daş əmələ gəlməməsi üçün gündəlik olaraq 2 litrə yaxın su qəbul etmək tövsiyə olunur. Lakin hər bir insan gündəlik su içərkən sidiyə çıxmağını nəzarətdə saxlamalıdır:
"Əgər siz 2 litr su içib, gündəlik o suyun bədəndən ifraz olmadığını, şişkinlik yarandığını hiss edirsinizsə, suyun miqdarını azaltmalı və həkimə müraciət etməlisiniz. Normal su qəbulu və ifrazatı zamanı sidik iysiz və rəngsiz olmalıdır". /medicina.az
15:11 / 19 Noyabr 2026
1
15:01 / 19 Noyabr 2026
34
14:45 / 19 Noyabr 2026
59
14:32 / 19 Noyabr 2026
70
14:26 / 19 Noyabr 2026
100
14:15 / 19 Noyabr 2026
78
14:11 / 19 Noyabr 2026
80
14:03 / 19 Noyabr 2026
102
13:53 / 19 Noyabr 2026
108
13:47 / 19 Noyabr 2026
91
13:43 / 19 Noyabr 2026
100
13:38 / 19 Noyabr 2026
102
13:34 / 19 Noyabr 2026
107
13:28 / 19 Noyabr 2026
94
13:22 / 19 Noyabr 2026
93
13:15 / 19 Noyabr 2026
107
13:09 / 19 Noyabr 2026
131
12:56 / 19 Noyabr 2026
126
12:45 / 19 Noyabr 2026
107
12:41 / 19 Noyabr 2026
132
12:27 / 19 Noyabr 2026
104
12:13 / 19 Noyabr 2026
108
12:07 / 19 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.