Qaynar xətt:

(+99450) 247 90 86

Bədəndəki çatları yox etməyin 7 TƏBİİ YOLU

Bədəndəki çatları yox etməyin 7 TƏBİİ YOLU

TİBB

1940

02.05.2018, 16:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Çatlar dəri səthində naməlum rənglərdə müşahidə edilən cizgilərdir. Bədəndə əsasən qarın ətrafında, ayağın bud hissəsində, qolların üstündə, omba və sinə bölgəsində yaranır. Çatlar bəzən də bədəndə daha geniş bir yer tutur. Çatların səbəbi çox zaman hamiləlik olsa da, ani kökəlmək və arıqlamaq, genetik faktorlar, stress də çatlara səbəb ola bilər. Başlanğıcda çəhrayı və ya qırmızı görünsə də, getdikcə daha nazik, gümüşü rəng alır və qalıcı hala gəlir.
Oxu24.com ailem.az-a istinadən bədəndəki çatlardan xilas olmağın bir neçə təbii yolunu təqdim edir. 1. Hind yağı
Qırışlar, yaşlılıq, dəri ləkələri, sızanaq kimi bir çox dəri probleminin müalicəsində istifadə edilən hind yağını çatlardan xilas olmaq üçün də istifadə etmək mümkündür. Problemli bölgələrə bir az hind yağı sürtün və 5-10 dəqiqə ərzində dairəvi hərəkətlərlə masaj edin. Yağ sürtdüyünüz bölgəni nazik pambıq parçaya sarıyın. Üzərinə isti su torbası və ya isti su doldurduğunuz şüşə qabı ən az yarım saat ərzində saxlayın. Müsbət nəticələr almaq üçün bu prosesi bir ay ərzində hər gün təkrarlayın. 2. Aloe vera Aloe vera sakitləşdirici təsirə malikdir. Bu xüsusiyyəti sayəsində bir çox dəri probleminin müalicəsində istifadə olunur. Çatlar olan bölgəyə aloe veranı birbaşa sürtün, 15 dəqiqə ərzində saxlayın və daha sonra bölgəni ilıq su ilə yaxalayın. Bir başqa üsul: Aloe vera, E vitamini və A vitamini kapsullarını qarışdıraraq istifadə edə bilərsiniz. Qarışığı ovalayaraq dərinizə yaxşıca yedirin və bunu gündəlik olaraq təkrarlayın. 3. Yumurta ağı Yumurta zəngin zülal qaynağıdır. Lakin çatlar üçün yumurtanın amin turşusu və zülal baxımından zəngin hissəsi olan ağını istifadə edə bilərsiniz. Əvvəl problemli bölgəni su ilə təmizləyin və yaxşıca çırpdığınız yumurta ağını bir fırçanın köməyi qalın bir təbəqə halında sürtün. Yumurta ağının qurumasını gözləyin və daha sonra bölgəni soyuq su ilə yaxalayın. Son olaraq dərini nəmləndirmək üçün bir az zeytun yağı sürtün. Nəticə ala bilmək üçün bu əməliyyatı ən az iki həftə ərzində hər gün təkrarlayın. 4. Limon suyu Çatların görünməsini azaltmağın digər bir sadə yolu isə limon suyudur. Limon suyunu dairəvi hərəkətlər formasında problemli bölgəyə tətbiq edin. İlıq su ilə durulamazdan əvvəl 10 dəqiqə ərzində dərinizin limonu yaxşıca əmməsinə imkan verin. Bir digər variant: Bərabər miqdarlarda limon suyunu və xiyar suyunu qarışdıraraq çatların üzərinə çəkin. 5. Şəkər tozu Şəkəri tozunu peeling kimi də istifadə edə bilərsiniz. Bir çay qaşığı şəkər tozu və badam yağını bir neçə damcı limon suyu ilə yaxşıca qarışdırın və probleminiz olan bölgələrə sürtün. Hər gün duş almazdan əvvəl qarışımı dərinizə çəkin. Bunu bir ay ərzində etsəniz,  çatların rənginin açıldığının fərqinə varacaqsınız. 6. Kartof suyu Orta boy kartofu dilimləyin. Bir parça götürüb çat olan bölgələrə bir neçə dəqiqə ərzində sürtün. Kartofun nişastasının bölgəyə yaxşıca yayıldığına əmin olun. Dərinin kartofun suyunu əmməsinə imkan verin və bölgəni ilıq su ilə yuyun. 7. Kakao yağı Təbii bir nəmləndirici olan kakao çatların görünüşünü azalda bilər. Kakao yağını bir neçə ay ərzində gündə ən az iki dəfə tətbiq etməlisiniz. Ya da yarım fincan kakao yağını 1 çay qaşığı buğda toxumu yağı, 2 çay qaşığı qədər rəndələnmiş bal şanı, bir çay qaşığı günəbaxan yağı və E vitamini ilə qarışdıraraq da tətbiq edə bilərsiniz. Bu qarışımı bal şanı yaxşıca əriyənədək isidin. Eyni zamanda, qarışımı hava almayan bir qabda soyuducuda saxlaya bilərsiniz. Gündə iki-üç dəfə istifadə edin.
Baş nazir sərəncam imzaladı 

19:54 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Baş nazir sərəncam imzaladı 

91

0
Prezident Əhmədə nə dedi? - Foto 

19:49 / 05 Oktyabr 2026

İDMAN İDMAN

Prezident Əhmədə nə dedi? - Foto 

88

0
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

19:34 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

188

0
Bakı-Pekin münasibətlərində YENİ MƏRHƏLƏ: Müttəfiqlik müqaviləsi gündəmdə  

19:20 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-Pekin münasibətlərində YENİ MƏRHƏLƏ: Müttəfiqlik müqaviləsi gündəmdə  

73

0
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

19:03 / 05 Oktyabr 2026

İDMAN İDMAN

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

96

0
Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

19:00 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

145

0
Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

18:42 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

102

0
Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

18:35 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

134

0
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

18:29 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

79

0
Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

18:21 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

84

0
Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

18:08 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

77

0
Sükan arxasında siqaret çəkməyin cəzası varmı? – Hüquqşünasdan AÇIQLAMA  

18:04 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Sükan arxasında siqaret çəkməyin cəzası varmı? – Hüquqşünasdan AÇIQLAMA  

165

0