Kişilər bu qidalardan YEMƏLİDİRLƏR
22 May 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
865
20.01.2024, 12:09
Kişmiş üzüm gilələrinin qurudulmuşudur. Bu məhsul həm uşaqlar, həm də böyüklər üçün sevimli çərəzdir. Kişmiş zərərli şirniyyatları uğurla əvəz edir, 5 min ildən artıqdır ki, kulinariyada və ənənəvi tibbdə geniş istifadə olunur.
Qədim insanlar üzümdən şərab hazırlayırdılar. Kişmiş, demək olar ki, təsadüf nəticəsində kəşf edilib. Kimsə üzəri parça ilə örtülü üzümü süfrədən götürmədi, bir müddətdən sonra üzüm bizim bildiyimiz ləzzətə-kişmişə çevrilmişdi. Finikiyalılar eramızdan əvvəl III əsrin əvvəllərində satış üçün kişmiş hazırlamağa başladılar. Aralıq dənizi bölgəsində populyarlığına və yüksək tələbatına baxmayaraq, Mərkəzi Avropada kişmişin nə olduğunu bilmirdilər. Avropalılar bu məhsul haqqında yalnız XI əsrin əvvəllərində öyrənməyə başladılar. Səlib yürüşlərindən qayıdan cəngavərlər bu ləzzəti özləri ilə Avropaya gətirdilər.
Kişmişin faydalı xüsusiyyətləri
Kişmişin tərkibinə bədənə antibakterial təsir göstərən, diş ətini və bütün ağız boşluğunu sağlam vəziyyətdə saxlamağa kömək edən olein turşusu daxildir. Çərəz sidikqovucu təsirə malikdir. Bu isə böyrəklərin funksionallığına və dərinin vəziyyətinə müsbət təsir göstərir. Sidikqovucu qabiliyyəti sayəsində kişmiş zəhərli maddələrin bədəndən aktiv şəkildə çıxarılmasına nail olur.
Quru ərik, kişmiş və qoz ləpəsi-bu birləşmə hamilə qadınlar üçün, xüsusilə, faydalıdır. Gələcək anaların əksəriyyətində tez-tez dəmir əksikliyi və digər mikroelementlərin çatışmazlığı olur. Bu isə dölün inkişafına mənfi təsir göstərir. Hamilə qadınların kişmişdə kifayət qədər bol olan kalsiuma iki dəfə daha çox ehtiyacı var. Kişmişin tərkibində, həmçinin, şişkinliyi aradan qaldırmağa və təzyiqi azaltmağa kömək edən kalium mövcuddur. Pəhrizə kişmiş əlavə etmək hemoqlobin istehsalını aktivləşdirməyə, diş minasını, qan damarlarını gücləndirməyə və kariyesin inkişafının qarşısını almağa imkan verir. Kişmiş depressiya, miqren və stressdən də qurtulmağa kömək edir.
Müəyyən xəstəliklər zamanı kişmişdən istifadə
Kişmiş xroniki və digər xəstəliklərin müalicəsi, qarşısının alınması üçün əla vasitədir. Xalq təbabətinin önəmli komponentidir. Lakin qeyd etməliyəm ki, kişmişi yalnız allergiyası və ya fərdi dözümsüzlüyü olmayan insanlar yeyə bilər.
Kişmiş əsasında hazırlanmış məhlullar tənəffüs yollarındakı yoluxucu xəstəliklərlə mübarizə aparmağa kömək edir. Quru meyvələrin tərkibindəki maddələr insan orqanizminə antibakterial və immun sistemini stimullaşdırıcı təsir göstərir. Soyuqdəymə, bronxit və digər tənəffüs sistemi xəstəlikləri üçün bərpa prosesini sürətləndirir. 100 qr kişmişi çox incə doğrayın, üzərinə 250 ml su əlavə edin. Zəif atəşə qoyun və qaynayanadək gözləyin. Bundan sonra alınan məhlul cuna ilə süzülməlidir. Məhlulu gündə 4 dəfə, stəkanın 1/3-i qədər, digər vasitələr və dərmanlarla birlikdə içmək lazımdır.
Soğan və kişmişdən hazırlanmış məhlul burun axması və öskürəyə qalib gəlməyə kömək edəcəkdir. Bu, zamanla sınaqdan keçirilmiş xalq təbabəti üsuludur. 100 qr kişmişin üzərinə qaynar su tökün. Cuna ilə süzün və sıxın, sonra 1 xörək qaşığı soğan suyu əlavə edin. Alınan qarışımdan gündə 3 dəfə, hər dəfə yarım stəkan olmaqla qəbul edin.
Dəri xəstəlikləri zamanı dərman hazırlamaq üçün toxumsuz qara kişmiş lazımdır. Kişmişləri xırda doğrayın. Birbaşa dəriyə və zədələnmiş nahiyənin ətrafındakı təsirlənmiş sahəyə sürtün. Kişmişin tərkibində insan orqanizmi üçün təhlükəli olmayan, lakin parazitlərə ölümcül təsir göstərən bəzi göbələklər var.
01:03 / 23 May 2026
103
00:16 / 23 May 2026
133
00:09 / 23 May 2026
144
00:06 / 23 May 2026
110
00:04 / 23 May 2026
68
00:00 / 23 May 2026
138
23:49 / 22 May 2026
93
23:45 / 22 May 2026
230
23:43 / 22 May 2026
157
23:38 / 22 May 2026
105
23:30 / 22 May 2026
168
23:30 / 22 May 2026
92
23:19 / 22 May 2026
103
23:18 / 22 May 2026
121
23:14 / 22 May 2026
114
23:02 / 22 May 2026
306
22:56 / 22 May 2026
84
22:56 / 22 May 2026
85
22:52 / 22 May 2026
149
22:47 / 22 May 2026
80
22:40 / 22 May 2026
215
22:34 / 22 May 2026
857
22:16 / 22 May 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.