Hikmət Hacıyev Yaponiya ilə viza məsələsindən danışdı
26 Oktyabr 2026, 18:20
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2163
01.05.2020, 16:46
“Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır. Bu siyasət şüurlu siyasətdir və bundan sonra da davam etdiriləcək.
Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır. Bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır". Bu fikri dövlət başçısı dəfələrlə açıq şəkildə bəyan edib.
Təəssüflər olsun ki, hələ də bunu dərk etməyən, özünü toxunulmaz hesab edən məmurlar var. Son beş ayda dörd icra başçısı həbs edilib.
Əsas məqsədi dövlət büdcəsini talamaq olan, problemi olan, köməyə ehtiyacı olan vətəndaşa laqeyd yanaşan, problemini dilə gətirdiyi üçün ona hədə-qorxu gələn, iş adamlarına kömək etmək əvəzinə onları rüşvət, qazanc mənbəyi kimi görən, ölkəyə, rayona investisiya cəlb edə bilməyən, sahibkarları və bacarıqlı şəxsləri didərgin salan, ölkənin gələcəyini təmin edəcək təhsil, səhiyyə və digər bu kimi sahələrə özünün şəxsi işi kimi yanaşan, işlədiyi sahənin inkişafında heç bir rolu olmayan rəhbər şəxslər nə qədər gec deyil etdiyiniz qanunsuz əməllərin məsuliyyətini dərk edin, Xalqın xidmətçisi olun, dövlətin etimadını çox sınamayın. Çünki, bu istiqamətdə aparılan siyasət görüntü xarakterli, müvəqqəti kampaniya daşıyan addımlar deyildir. Ən yüksək səviyyədə iradə nümayiş olunmaqla sonacan davam etdiriləcəkdir.
Korrupsiya və rüşvətə qarşı mübarizə təkcə icra strukturlarında deyil o cümlədən də ədalət mühakimə sistemində də davam etdirilir. Respublika Baş prokurorluğu vəzifəsinə korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə böyük təcrübəsi olan Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin gətirilməsi təşəbbüsü bu işin bariz nümunələrindən biridir. Həmçinin, dövlətin korrupsiyaya və rüşvətxorluğa qarşı dözümlülüyünün sıfır səviyyəsində olacağının göstəricisidir.
Ona görə də Cənab Prezident İlham Əliyevin dediyi kimi “istisna olunmur ki, belə işlərlə məşğuı olan icra başçıları və digər mərkəzi və yerli icra orqanlarının rəhbərləri ona oxşar hərəkətlər edir. Onların hər biri araşdırılacaq. Ona görə bu yolla gedən hər bir adam bilməlidir ki, bunun axırı olacaq”.

Yalçın Hacızadə
Ana Vətən Partiyası sədrinin müavini
18:20 / 26 Oktyabr 2026
3
18:10 / 26 Oktyabr 2026
26
17:45 / 26 Oktyabr 2026
109
17:01 / 26 Oktyabr 2026
89
17:00 / 26 Oktyabr 2026
232
16:58 / 26 Oktyabr 2026
67
16:46 / 26 Oktyabr 2026
68
16:42 / 26 Oktyabr 2026
69
16:30 / 26 Oktyabr 2026
95
16:17 / 26 Oktyabr 2026
94
16:08 / 26 Oktyabr 2026
207
15:57 / 26 Oktyabr 2026
86
15:50 / 26 Oktyabr 2026
266
15:48 / 26 Oktyabr 2026
129
15:44 / 26 Oktyabr 2026
189
15:41 / 26 Oktyabr 2026
93
15:37 / 26 Oktyabr 2026
71
15:34 / 26 Oktyabr 2026
101
15:28 / 26 Oktyabr 2026
79
15:19 / 26 Oktyabr 2026
201
15:10 / 26 Oktyabr 2026
113
15:07 / 26 Oktyabr 2026
209
15:03 / 26 Oktyabr 2026
1279
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.