Xalq artistinin müğənni qızı nişanlandı - Video
11 May 2026, 22:59
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1034
15.06.2020, 20:35
COVİD-19 virusuna yoluxan Bəhram Bağırzadənin vəziyyəti kəskin pisləşib.
Oxu24.com Trend-ə istinadən bildirir ki, Mərkəzi Gömrük Hospitalının mətbuat xidmətindən verilən məlumata görə, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu aşkarlanıb. 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq saturasiyanın artırılmasına nail olunmayıb. Saturasiya günboyu aparılan müalicələr ilə yenə 50% ətrafında olduğuna görə saat 23:00 radələrində konsilium keçirilib və xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.
Qeyd edək ki, EKMO- ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur. Bu gün gecə saat 02:00 radələrində Mərkəzi Gömrük Hospitalının reanimatoloqları və cərrahları tərəfindən xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib, lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.
Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir. EKMO dəstəyi ilə birlikdə intensiv müalicəsi davam edən aktyorun ailəsinə və sevənlərinə səbir diləyir, sənətkarımıza bu çətin mübarizədə şəfa arzu edirik.
18:18 / 12 May 2026
1
18:09 / 12 May 2026
38
17:50 / 12 May 2026
49
17:40 / 12 May 2026
64
16:55 / 12 May 2026
70
16:53 / 12 May 2026
59
16:27 / 12 May 2026
141
16:11 / 12 May 2026
99
15:49 / 12 May 2026
87
15:42 / 12 May 2026
135
15:31 / 12 May 2026
85
15:30 / 12 May 2026
747
15:26 / 12 May 2026
485
15:15 / 12 May 2026
97
15:04 / 12 May 2026
78
14:55 / 12 May 2026
80
14:50 / 12 May 2026
85
14:44 / 12 May 2026
86
14:38 / 12 May 2026
76
14:35 / 12 May 2026
85
14:25 / 12 May 2026
69
14:23 / 12 May 2026
102
14:21 / 12 May 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.