"Ərə gedəcəyim şəxs birinci itlərimi SEVMƏLİDİR"
09 May 2026, 21:02
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1105
24.05.2020, 12:00
"Xalqın içində oluram. Məni duz kimi yalayıb, bağırlarına basırlar. Günü-gündən gözəlləşirəm, pöhrələnirəm".
Oxu24.com oxu.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Xəzər" televiziyasında yayımlanan "X maqazin" proqramında deyib. Sosial mediada haqqında yazılan tənqid dolu rəylərə sənətçinin reaksiyası belə oldu:
"Sosial şəbəkədə bəzi insanlar var ki, xalqın adından danışırlar. Orada özünə 50 profil açıb, ağzına gələni yazır. Onlar içlərində yanırlar, üzdə isə hamıya gülürlər".
"Həyatımda heç zaman şiddətə məruz qalmamışam. Mehriban qadınam" söyləyən Elza bu mövzuda olan fikirlərini belə davam edib:
"Bu yaşıma çatmışam, amma həyat yoldaşım mənə hələ çırtma da vurmayıb. Əslində hər zaman düşünmüşəm ki, görəsən bir kişi necə ola bilər ki, xanımı vursun? Bir dəfə ərim məni vurardı, bilərdim ki, vurmaq necə olur. Mənim ailəm dağılanda hamı şoka düşdü ki, bunların ailələri mehriban ola-ola, necə oldu ki, ayrılmaq qərarına gəldilər? Çünki mən elə bir insanam ki, hər şeyi ört-basdır edirəm. Nələrinsə üstündən keçib, bağışlaya bilirəm".
Müxbirin "Yenidən ailə quracaqsınız?" sualına Əməkdar artist cavabı ilə gah nala, gah da ki mıxa vurdu:
"Gələcəyim qarşıdadır. Hələ ki mən sevilirəm. Hazırda biz koronavirusla mübarizə aparırıq. İndiki zamanda yenidən ailə qurmaq məsələsi aktual deyil, durğunluqdur".
Qeyd edək ki, bir dəfə ailə quran, lakin sonradan boşanan Elza Seyidcahanın həmin evlilikdən Ələkbər adlı bir oğlu, Gülşən adlı bir qızı var.
14:29 / 10 May 2026
44
14:25 / 10 May 2026
54
12:25 / 10 May 2026
509
12:22 / 10 May 2026
69
00:41 / 10 May 2026
329
00:37 / 10 May 2026
2540
00:33 / 10 May 2026
139
00:20 / 10 May 2026
391
00:18 / 10 May 2026
130
00:15 / 10 May 2026
128
00:05 / 10 May 2026
278
23:58 / 09 May 2026
1075
23:55 / 09 May 2026
120
23:54 / 09 May 2026
206
23:52 / 09 May 2026
131
23:46 / 09 May 2026
554
23:44 / 09 May 2026
127
23:27 / 09 May 2026
479
23:04 / 09 May 2026
322
22:56 / 09 May 2026
135
22:42 / 09 May 2026
377
22:10 / 09 May 2026
414
21:38 / 09 May 2026
363
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.