Qaynar xətt:

(+99450) 247 90 86

"Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin bağlanış mərasimi keçirilib

\"Şuşa – İƏT-in turizm paytaxtı 2026\" tədbirinin bağlanış mərasimi keçirilib

CƏMİYYƏT

69

18.11.2026, 19:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Şuşa – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı 2026" tədbirinin bağlanış mərasimi keçirilib.

Oxu24.com  xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Türkmənistan, Tacikistan, Özbəkistan, Pakistan, Qırğızıstan, Qazaxıstan, İran və Əfqanıstan nümayəndə heyətləri iştirak ediblər.

Bağlanış mərasimi müddətində təşkilata üzv dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə turizm sərgisi təşkil olunub. Sərgidə hər bir ölkə öz stendlə təmsil olunaraq turizm potensialı, mədəni irs və turizm imkanlarını təqdim edib.

Bununla yanaşı, tədbirlər planı çərçivəsində cari il ərzində Şuşa şəhərində keçirilən tədbirlərə dair hesabat xarakterli təqdimat nümayiş olunub.

Bağlanış mərasimində Şuşanın 2026-cı il üzrə "İƏT-in turizm paytaxtı" statusunun başa çatması ilə əlaqədar 2027-ci il üçün müəyyən edilmiş titul Pakistanın Lahor şəhərinə təhvil verilib.

Mərasim mədəniyyət və konsert proqramı ilə yekunlaşıb.