Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2638
az

Anam sinifin qapısını açıb gördü ki, müəlliməmlə şagirdi öpüşür” — Elgiz Əkbərlə sirli MÜSAHİBƏ

18:0005 İyun, 2018
3339
ŞOU-BİZNES
  • A
 Müsahibədə göstərdiyi dəstək üçün “Nizami Restaurant Lounge”-ə təşəkkürümüzü bildiririk.

- Səhv etmirəmsə, nəslinizin kökü tarixə iz salan şəxsiyyətlərə gedib çıxır..

- Mənim haqqımda çox maraqlanırlar. Ümumiyyətlə, şəxsi söhbətləri efirə gətirməyi xoşlamıram. Ziyalı nəsildə böyümüşəm. Bizim qohumların adını desəm, məlum olar ki, hansı şəcərənin nümayəndəsiyəm. Anamın atası tərəf Türkiyədən gəlmədir. Əsrin əvvəllərində Nuru paşa Azərbaycana gələndə ulu babam  21 yaşında bəyzadə olub. Minbaşı deyirdilər o vaxt. Yaşı az olduğuna görə Nuru paşanın qoşununda  minbaşı kimi başlayıb. Qəhrəmanlıq göstərib və dərəcəsi get-gedə artıb. Sona qədər vuruşub. Sonra da Azərbaycanda bir ailə ilə qohum olub. Həmin xanım da 4 qardaşın 1 bacısı olub. Bir müddət sonra bu xanımın qardaşlarının yanına gəlib deyir ki, istəyirəm artıq yoldaşımı da, uşaqlarımı da götürüm vətənimə gedim. Ailəmi, qohum əqrəbamı görək, qalaq bir az, sonra qayıdıb gələrik. Qardaşları icazə vermir. Deyirlər ki, get  özün gör, gəl. O vaxt indiki kimi deyildi. Bu sərhədi keçəndən 2 gün sonra Azərbaycanda Sovet hökuməti qurulur, yollar bağlanır. Məktub yazır ki, Arazda görüşək. Heç olmasa Arazın bu tayından balalarımı görüm. Çox dəhşətli mənzərə olub. Ağlayıblar. Nə onların buna əli çatıb, nə də bunun balalarına əli çatıb. Bu, onların son görüşləri olub. Ondan sonra o kişinin taleyindən xəbər olmayıb. İnşallah mən istəyirəm ki, gedib axtarım. Bəs qorxmursunuz ki, gedib tapdıqdan sonra sizi acıladılar, tərslədilər..

- Hərdən nənəmə deyirəm ki, ay nənə, qoy mən gedim onları axtarım tapım. Onlar bəyzadədilər, bəy nəslindəndilər. Yəqin ki, maraqlı insanlardır. Nənəm dedi ki, otur oturduğun yerdə. O bəxt ki, bizdə var gedib görəcəksən ki, yaziqlar acından ölürlər. Nə edəcəksən? Sənin gücün var? Deyəcəklər elə bizə də bax. Söhbət onların varlı olmağından getmir. İstəyir varlı olsun, istəyir kasıb olsun, ürəyim istəyir, qan çəkir. İlk dəfə İstanbula gedəndə mənə elə gəlirdi ki, elə bil mən burada yaşamışam, burda böyümüşəm. O qədər məni qan çəkir. Mən dünyanın çox ölkəsində olmuşam. Moskva ətrafındakı vilayətdə yaşamışam. Mən orada anadan olmuşam. 5 yaşına qədər orada qaldıq. Günlərin bir günü, anam gedir məktəbə, sinif rəhbərim də cavan bir qız olur. Anam baxıb görüb ki, sinifdə heç kim yoxdur, uşaqlar çıxıblar. Qapını açanda görür ki, şagirdlə müəlliməm öpüşürlər. Anam dəhşətə gəlir və qapını örtüb deyir ki, mən uşağı burada oxuda bilmərəm. Ondan sonra biz köçüb gəlmişik.

- Yavaş-yavaş jurnalistlikdən gəldiniz aparıcılığa.

- Mətbuatda işlədiyim illəri həyatımın ən şərəfli illəri hesab edirəm. Mətbuatda işləməsəydim, məni kim idi televiziyaya qəbul edən? İndiki kimi deyildi o vaxt. İndi televiziyanın qapıları hər kəsin üzünə açıqdır. İstənilən insan aparıcı ola bilər. Amma biz gələndə yox idi. Mətbuatda 6 il idi çalışırdım, materiallarım var idi və çox kanallar mənim materiallarımı götürürb veriliş edirdilər. 6 ildən sonra ANS televiziyasına dəvət aldım. Orada “Bağlama” verlişi var idi və aparıcı Kamran Həsənli idi. Aparıcı dəyişdirildi və mən 6 ay o verilişin aparıcısı oldum. Təcrübə yığdım. Televiziya nədir, orada kurslar keçdim, televiziya haqqında kifayət qədər məlumatlarım oldu. İlk dəfə Azərbaycanda sosial verlişin aparıcısı Elgiz Əkbər olub. Efirdə “Axşamlar” verlişi yarandı. Onu ilk dəfə mən yaratdım. Təklif etdim və ilk aparıcısı da mən oldum. Böyük reytinqli verliş oldu, çox insanlara kömək etdik. İlk dəfə insanları axtarmağı da mən etmişəm o verlişdə. Sonra təbii ki, onu böyük bir layihə kimi həyata keçirdilər. Xeyir iş etmək, toy etmək və s  onun da ilk aparıcısı mən olmuşam. “Toy olsun” verlişinin layihəsini mən təqdim etmişdim. Sonra Ülvira xanım da gəldi.

- O vaxt baxılırdı, amma birmənalı qarşılanmırdı.

- Son dövrlər heç nə birmənalı qarşılanmır. Bunu normal qarşılayıram. Gəlin, yaxşı tərəfindən danışaq. Məsələn, orada nə qədər əlil insanlar, səhhətində problem olan insanlar, sosial baxımdan aztəminatlı kasıb insanlar evləndilər. Ailəli oldular, uşaqlı oldular. Ailələri dağılanlar da var, şou xətrinə gələnlər də var idi. Bu ayrı məsələ.

- Həmin verlişdə sizə irad edənlər oldu? Orada şou yaradırsınız kimi.

- Televiziya radio deyil. Hərdən deyirlər filankəs şou edir. Dünyanın hər bir yerində televiziyada mütləq nələrsə baş verməlidir. Musiqi olmalıdır, işıqlar, ayrı-ayrı elementlər var  ki, verlişin maraqlı olması üçün. Radioda danışırıq sadəcə. Axı televizor belə deyil. Elə olarsa, monoton olar, darıxdırıcı olar. Oturaq radiodakı kimi sakitcə danışaq. Təbii ki, müəyyən məsələlər olmalıdır, amma əndazəsində.

- Sizin üz mimikanızı o vaxt çox çəkirdilər. Mimikalardan istifadə etmək sizin üçün kompleks yaradıb narahatçılıq gətirmirdi ki?

- Elə indi də çəkirlər. Çalışıram ki, o rolda olmayım. Rol olur teatrda, kinoda. Normal həyatda baş verən hadisələrdi. İnsan gəlir özünü haqlı sayır və başlayır çox qəribə iddialar irəli sürməyə,  yekə-yekə danışmağa. Müəyyən məqamlar görürsən ki, hərdən tərbiyəsizlik edir. Buna cavab verməliyəm, üz mimikamdan bildirməliyəm və yaxud da ona başa salmalıyam ki, a bala, sən belə danışırsan, amma bu o demək deyil ki, mən sənə inanıram. Mənim orada olan mimikalarım, hər hansı bir hadisəyə etiraz kimi göstərdiyim o jestlər içimdən gələn bir şeylər idi. Nə etməliyəm? Özümü öldürüm?!

- Ümumiyyətlə, aparıcılıq tarixində kəskin təzyiqə məruz qalmısınız?

- Təzyiqə məruz qalmışam bir dəfə. O da çox ciddi. Dəhşətli bir şey oldu. Devalvasiya oldu. Devalvasiyadan sonra mən canlı efirə çıxdım və xalqa bildirdim ki, bizim qara günümüz üçün olan pul dolların sabit saxlanılmasına xərclənir. Bunu hökumət də məlumat vermişdi ki, nə qədər pullar xərclənir ki,  dollar düşməsin, sabit saxlanılsın. Yəni ki, bazar özü tənzimləsin. O mənada dedim ki, bu yaxşıdır ki, dollar üzən məzənnəyə keçdi. Qara gün üçün büdcədə toplanan pullar, artıq dolların sabit saxlanılmasına xərclənməyəcək. Səhər bütün saytlar yazdı ki, Elgiz deyir, əcəb olub nə yaxşı dolların qiyməti qalxdı. Başa düşmədilər ki, mən özüm iqtisadçıyam. Buna görə mən dedim ki, yaxşı bir haldır. Qara günümüz üçün büdcədə yığılan pul qoy qalsın orada. Axı müharibə şəraitində yaşayan xalqıq. Bəs fərdi təzyiqlər olubmu sizə?

- Hə, olub. Bazara getmişdim, üstümə hücum etdilər. Dedilər ki, o nədir demisən?! Televiziyada bildirmisiz ki, dollar nə yaxşı qalxıb. Orada da insanlara aydınlaşdırdım ki, mən o şəkildə deməmişəm. Səhv yazılıb, səhv deyilib insanlara. Bir çıxış etdim, fikrimi insanlara daha yaxşı çatdırdım və əl çəkdilər məndən.

- Əsl aparıcı danışdığınız bütün sahələrdən məlumatlı olmalıdır. İndi çox təəssüf ki, kimsə sponsor gətirirərək aparıcılıq edir. Buna münasibətiniz?

- Qapalı olmaq, hər bir sahəni insanların üzünə qapatmaq, yaxşı hal deyil. Əslində televiziyalar öz qapılarını inanların üzünə açırsa və aparıcı olmaq istəyən şəxs gəlirsə, yaxşı bir şeydir. İnsanın arzusunu ürəyində qoymaq yaxşı bir şey deyil və ona meydan verilir ki, buyur. Əgər intellekti varsa, qabiliyyəti varsa, alınırsa, qalacaq, yaşayacaq və televiziyalar da onu dəvət edəcəklər.

- ANS bağlandı. Sizi aparıcılığa gətirən ANS idi. Kanal bağlananda nə hisslər keçirdiniz?

- Mən həmişə gələcəyə baxmağa daha çox üstünlük verirəm. Mən keçmişə baxmıram. Keçmiş mənim üçün artıq bir önəm daşımır. Durub keçmişdən nə danışım? Gələcəyə baxmağı xoşlayıram. Gələcəyi də hansı falçı desə, onda həyat mənim üçün maraqsız olar.

- Efirdə başınıza gələn maraqlı qəzalardan var?

- O qədər qəzalar olub ki, bilmirəm hansını danışım, hansını deyim. Məsələn, bir gün o qədər yorğun olmuşam ki, hansısa bir material üzrə işləmişəm və cəmi  1 saat yatmışam. Necə olubsa, canlı efirdə məni yuxu tutur. 4 dəqiqəlik  efirə sujet gedib  və bu 4 dəqiqə içində mənim beynim sönür. Gözüm açıqdır, amma beynim sönüb. Operatorlar da qalıb məəttəl ki, a buna nolub? Operatorlardan biri qışqırıb ki, “Elgiz, Elgiz” və mən ayılmışam.

-Bəyənmədiyiniz nüanslar hansılardır?

- Mən bilirəm ki, bu adamın səviyyəsi hara qədərdir, intellektinə çox bələdəm. Gəlib oturur efirdə intellektden danışır.  Böyük- böyük danışıb və mən bunu özümdən aşağı hesab etmişəm. Onu təhqir etməmişəm, amma jestimdən və ona baxmağımdan camaat başa düşüb. Onun dediklərini sabun köpüyü kimi qəbul edirəm və hesab edirəm ki, bu adam boş- boş danışır. Ona görə mən belə şeyləri normal hesab edirəm. Çox da üzülmürəm. Mən öz potensialımı çox gözəl bilirəm.

- Bir müddət əvvəl saytlarda xəbər çıxdı ki, Elgiz səhər verlişindən ayrıldı. Xəbərlərə görə, verlişdə kiminləsə mübahisəniz olmuşdu..

- Mən Moskvaya getməliydim, əvvəlcədən də icazəmi almışdım. Bunu yazdılar, belə təqdim etdilər. Bu, çox böyük qanun pozuntusu idi. Mən özüm qəzetdə və saytda işlədiyimə görə, o xəbəri yayan saytı məhkəməyə vermədim. Amma onlar çox böyük qanunsuzluq etdi. Bir insan haqqında xəbər yayılır. Başda da yazılır ki, Elgiz Əkbər ARB TV-dən qovuldu. Mənə zəng olmayıb, kanalın sözçüsünə zəng olmayıb. Hansı ki, kanal məlumat verməlidir. Bu xəbəri kim ictimaiyyətə yaya bilər? Kanal və qovulan insan. Qovulan insanın xəbəri yoxdur və Moskvada oturub. Kanalın isə ümumiyyətlə, xəbəri yoxdur. Mən onu məhkəməyə verərdim. Hətta, saytın bağlanmasına da nail olardım. 50 min pul deyib cərimə də etdirərdim. Çünki, mənim əlimdə artıq faktım var. Bunlar mənim ictimai nüfuzuma çox böyük zərər vurdular.oylara aparıcı kimi gedirsinizmi?

- Toylara getmək əlavə qabiliyyət tələb edir. Səhər saat 8-dən gecə saat 2-yə kimi verliş aparmağa hazıram. Amma toy aparıcısı kimi mən çox əziyyət çəkərəm. Bir az mentalitetlə bağlı bəzi şeylər var ki, mən başa düşə bilmirəm. İnsanların ortada davamlı olaraq oynamaqları, mahnılar, adətlər və s mənə çatmır. Qudaları məcbur edib çağırırlar danışmağa, bəziləri danışmaq istəmir, sonra tamada başlayır dəxlisiz insaları çağırır, düzür sırayla, danışdırır və s.

- Ailədə necə xarakterə malik bir insansınız?

- Efirdə necə görmüsünüz ailədə də elə bir insanam. Yəni ki, emosional, müəyyən məqamlarda yumoru, yeyib-içməyi, deyib-gülməyi xoşlayan bir insanam.

- Qızınızın şəklini hansısa jurnala satdığınız barədə xəbərlər böyük rezonans doğurmuşdu..

- Ailə ilə sizə iki dənə açıqlama verim. Bunları heç yerdə deməmişəm hələ. Mən evlənəndən sonra saytlarda oxudum ki, Elgiz öz tamaşaçısıyla evlənib. Belə təəssürat yaranıb ki, kanala gələn hər hansı bir tamaşaçı ilə mən evlənmişəm. Yoldaşım mənim televiziyadan fanatım olub. Bizim münasibətimiz yaranıb, ailəvi gediş- gəlişimiz olub. Pis çıxmasın mənim fanatım olub. Evdə oturub televiziyadan məni seyr edən birisi olub. Qızımın şəkil məsələ məni çox üzdü. Böyük bir problem yarandı. Rəhmətlik atam onda sağ idi, nə qədər stress keçirtdi. Jurnalist dostumdan biri mənə zəng etdi ki, biz təzə sayt açmışıq. İstəyirik ki, elə bir xəbər olsun ki, siz uşağınızla şəklinizi bizə göndərəsiniz. Mən də o xanıma dedim ki,  sizi təbrik edirəm, işiniz uğurlu olsun, amma mən bunu edə bilməyəcəm. Bunun dalınca götürüb o xəbəri yazıb.

- “Bu şəhərdə” və “Planet Parni iz Baku” sizi parodiya edir. Buna münasibətiniz necədir?

- Normal, amma ki, təhqir etməsinlər. Rafael və Coşqun məni dəvət etmişdilər. Bəlkə də, orada hamıdan cox  mən gülmüşdüm. Normal qəbul edirəm. Axırıncı dəfə internetdə baxdım 4 milyon insan baxıbmış həmin konsertə. Maraqla qarşılanmışdı.

- Şou-biznes adamlarından verlişinizdə çox qonaqlar olur. Məsafə saxlayırsınızmı o insanlarla?

- Şou-biznesdən heç kimlə dostluq etmirəm. Pis də münasibət bəsləmirəm.

- Müğənnidən dost olmaz prinsipidir?

- Niyə? Müğənnidən dost olar. Çox razı olduğum insanlar olub. Hər bir insanın həyatında yaxşı hadisələr də olur, pis hadisələr də. Rəhmətə gedən olur. Gəlirlər başsağlığı verirlər. Niyə mən pis münasibət göstərim ki? Mən də getmişəm, gedirəm də. Çalışıram öz borcumu yerinə yetirim. Ailəvi dostluq edim, kiminsə evinə gedim-gəlim, belə şeylər yoxdur.

- Əli müəllimlə verliş aparırsınız və görürük ki, çox əsəbləşirsiniz. Yola getmirsiniz nədənsə..

- Biz ayrı xarakterli insanlarıq. Həyata baxışımız ayrıdır, zövqlərimiz ayrıdır. Bir hadisə baş verəndə öz iradımı bildirirəm. Əli müəllim kövrək insandır. Ürəyi yumşaq və gözəl insandır. Sadəcə dili bir az acıdır. Çalışır sözün düzünü desin. Amma sözün düzünü demək forması var da. Hərdən olur çatdıra bilmir. Bir az aqressiyya olur. Loru dildə deyir o da problem olur. 1 ilə yaxındır işləyirəm onunla, məmnunam. Çıxsa, çox üzülərəm.İşdən sonrakı həyat tərziniz barəsində biraz danışın. Nə edirsiniz?

- İnanırsınız mənim işim çox gec saatlarda qutarır. Baxmayın səhər efiridir. Ancaq efirdən sonra oturub işləyirik, mövzular fikirləşirik, qonaqları fikirləşirik. Bir də başımı qaldırıram ki, artıq saat 8-dir. Maşına minib evə gələnə qədər olur saat 9. 9-dan sonra mən nə edim? Ancaq kitab oxuyuram, bir az televiziyaya baxıram. Səhər yenə eyni iş rejimi. Bir bazar günləri boş oluram. Bazar günləri də ağaclara, güllərə qulluq etməyi xoşlayıram. Elə bil ki, o məni rahatlaşdırır.

- Efirdə olan simasınız. Qısqanclıq olmur?

- Yox. İnsan bilir kiminlə, hansı sənət sahibiylə ailə qurub. Qısqanclığa rəvac verən insan özüdür. Belə vaxtım deyil axı qısqanclığa rəvac verim. Gecə saat 2-də, 3-də içkili halda evə gəlim, kobudluq edim, tərbiyəsiz hərəkətlər edim bunu özümə heç vaxt yaraşdırmaram.

- Efirdə özünüzdə nə görürsünüz?

- Efirdən özümə baxmağı xoşlamıram. Elə insanlar var efirdən özünə baxmağı bacarır. Axırıncı dəfə öz verlişimə oturub baxdığım yadıma gəlmir.

- Səhvlərinizi görmək üçün baxmaq lazımdır.

- Düz deyirsiniz, baxmaq lazımdır. Amma baxmamışam.

- Televiziyada sərbəstliyə necə baxırsınız?

- Sərbəstlik çox vacib məsələdir. Televiziyada, radioda insanlar sərbəst olmalıdırlar. Efirdə pis söz danışanın demək ki, tərbiyəsi yoxdur. İndi sənə meydan verirlər deyə bu meydandan sui -istifadə etməlisən? Adamları təhqir edəsən, ağzına gələni danışasan, söyüş söyəsən? Mən etməmişəm, kim edibsə böyük səhv edib. Çox adam var tənqidlə, təhqiri səhv salır. Sözü demək forması var. Elə demək lazımdır ki, nə şiş yansın nə kabab.

- Növbəti sezonda yenidən sizi ARB ekranlarında görəcəyik?

- O qərarı mən vermirəm. Qərarı kanalın rəhbərliyi verir. Biz müqaviləylə işləyirik. 1 ildən 1 müqavilə dəyişir. Mən 1 illik müqavilə bağlamışam və iyunun 30-u müqavilənin vaxtı bitir. Və biz yenidən müqavilə bağlamalıyıq. Bağlanacaq, ya da yox onu mən deyə bilmərəm. Amma buradakı işimdən razıyam. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Anar dəbdəbəli evini nümayiş etdirdi -VİDEO
Qızı ilə VİDEO paylaşdı, təriflər yağdı
"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi