Türkiyənin məşhur sənətçisi Doğuşla Azərbaycanın məşhur aparıcısı Xoşqədəm Hidayətqızının toyundan 6 il keçsə də, onların evliliyinə şübhə ilə yanaşanlar da var. Doğuş bəyin İstanbulda, Xoşqədəm xanımın Bakıda yaşaması bəzi söz-söhbətlərin yaranmasına səbəb olur. Təbii ki, hər ikisi öz ölkəsinin məşhur siması olduğundan hər zaman diqqət mərkəzindədirlər və bu söz-söhbətlər qaçılmazdır.
Oxu24.com baku.ws-ə istinadən xəbər verir ki, Tolik "Hər şey daxil" verilişində qonaq olan Doğuş bəylə Xoşqədəm xanıma belə bir sual ünvanlayıb:
"Dünən bir tanışım məndən soruşdu, axı necə olub, Doğuş Türkiyədə star olduğu halda gəlib Xoşqədəmi aldı. Doğuş istəsəydi, ya varlı qızı alardı, ya da nazir qızı. Mən də dedim ki, Xoşqədəmə nolub ki?"
Tolikin bu sözləri Xoşqədəm Hidayətqızının xoşuna gəlməyib:
"Onu deyən azərbaycanlı idi, yoxsa türk? Mən belə sözləri eşidəndə üzülürəm. Görəsən, bizim millətimizin bəzi nümayəndələri niyə ilk növbədə öz sənətçimizə, aparıcımıza, lap sadə insanımıza dəyər vermir? Birinci özümüzə dəyər verin.
Türkiyədə mənə qısqanclıqla baxırlar və deyirlər ki, ən yaraşıqlı oğlanımıza ərə getdi. Bizimki də deyir ki, Doğuş nəyə görə gəldi Xoşqədəmi aldı? Başa düşmədim, mənə nolub? Bizi qismət birləşdirdi. Qismətdirsə, Amerikada yaşayan biri Azərbaycanın ən ucqar kəndindən qızla evlənəcək. Sadəcə qismət və sevgi. Buradan hər kəsə səslənirəm, ancaq sevgi ilə ailə qurun. Lap yaşınız ötsə belə, sevginizi gözləyin. Bizdəki kimi".
Doğuş bəy də xanımının sözlərini təsdiqləyib və onları yalnız sevginin birləşdirdiyini söyləyib:
"Bizim münasibətimizin başında sevgi durur. Başqa şərhə ehtiyac yoxdur. İşimlə, sənətimlə bağlı başqa ölkələrə səfər edirəm, konsertlər verirəm. Uşaqlarımız var, onların gələcəyini düşünməliyik. Bu, o demək deyil ki, az bərabər oluruq. Uzun müddət ailəmdən ayrı qala bilmirəm, Bakıda İstanbuldan çox oluram".
Xatırladaq ki, X.Hidayətqızı 2014-cü ildə türk müğənnisi Doğuş ilə evlənib. 6 may 2016-cı ildə onların əkiz övladları - Arda və Arın dünyaya gəlib.
Oxu24.com
ŞƏRHLƏR