Müğənni Pünhan nişanlandı - FOTO
19 Aprel 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
961
27.01.2020, 21:56
Xalq artisti Rəfael Dadaşov yenidən xəstəxanaya yerləşdirilib.
Oxu24.com xəbər verir ki, bu barədə sənətkarı özü Xəzər TV-də yayımlanan “5/5” axşam şousunun canlı efirinə telefon vasitəsilə qoşularkən deyib. Proqramda ad gününü qeyd edən məşhur teleaparıcı Hacı Nuranı təbrik edən R.Dadaşov səhhətində yenidən problemlərin yarandığı və təcili şəkildə xəstəxanaya yerləşdiyini dilə gətirib.
H.Nuran isə sənətkarın hazırkı vəziyyətini bu cür şərh edib:
“Bizim çox sevdiyimiz və hörmət etdiyimiz Rəfael müəllimin səhhətində yenidən problemlər yarandığı üçün onu təcili şəkildə xəstəxanaya apardıq. Hazırda peşəkar həkimlərin nəzarəti altında müalicə alır. Bu, Xalq artisti üçün çətin mərhələdir. Allahdan Rəfael müəllimə şəfa arzu edirəm. O, çox böyük sənətkardır”.
Həmçinin oxuyun
Daha sonra ifası ilə proqrama qatılan Rəfael Dadaşovun müğənni qızı Səidə Dadaşova Hacı Nuranı təbrik edərək, atasının səhhətindən söz açıb:
“Atam çox istəyirdi gəlib, Hacı Nuranı təbrik etsin. Amma səhhəti buna imkan vermədi. Rəfael müəllimdə oksigen çatışmazlığı var. Mənim üçün o qədər ağırdır ki, bunları dilə gətirmək. Ürəyim ağrıyır. Amma indi vəziyyəti normaldır. Çoxları düşünür ki, bu xəstəlik atamın artıq çəkili olduğu səbəbindən yaranıb. Amma bu, əsla belə deyil. Sadəcə atam heç vaxt sağlamlığına önəm verməyib. O zamanını daha çox bizə, ailəsinə ayırıb, səhhəti ilə heç vaxt maraqlanmayıb”.
Qeyd edək ki, Xalq artisti Rəfael Dadaşov dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Rəfael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb.
00:55 / 22 Aprel 2026
19
00:42 / 22 Aprel 2026
34
00:34 / 22 Aprel 2026
38
23:59 / 21 Aprel 2026
42
23:50 / 21 Aprel 2026
72
23:42 / 21 Aprel 2026
56
23:19 / 21 Aprel 2026
108
23:16 / 21 Aprel 2026
103
23:06 / 21 Aprel 2026
158
22:54 / 21 Aprel 2026
58
22:36 / 21 Aprel 2026
244
22:28 / 21 Aprel 2026
52
22:24 / 21 Aprel 2026
66
22:12 / 21 Aprel 2026
101
22:04 / 21 Aprel 2026
424
21:58 / 21 Aprel 2026
83
21:36 / 21 Aprel 2026
96
21:27 / 21 Aprel 2026
85
21:13 / 21 Aprel 2026
1924
21:08 / 21 Aprel 2026
94
21:05 / 21 Aprel 2026
842
20:49 / 21 Aprel 2026
83
20:22 / 21 Aprel 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.