Qaynar xətt:

(+99450) 247 90 86

Xalq artisti Aygün Kazımova SSRİ-nin tarixinə düşüb - VİDEO

Xalq artisti Aygün Kazımova SSRİ-nin tarixinə düşüb - VİDEO

ŞOU-BİZNES

3707

13.01.2020, 15:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın xalq artisti  Aygün Kazımova  tarixə  düşüb.

Oxu24.com xəbər  verir  ki, xalq artistinin 1989-cu ildə ifa etdiyi "Bu sevgi" mahnısı SSRİ-nin plastinka istehsal  edən "Melodiya" şirkətinin arxivinə düşüb. Belə ki, nüfuzlu "melodiya" firması mahnını 1991-ci ildə buraxdığı plastinkaya daxil edib. Bununla da Aygün Kazımova Azərbaycan musiqi tarixində "Melodiya" şirkətinin buraxdığı plastinkaya ifası salınan  ən gənc ifaçı  kimi  tarixə düşüb.

Xatırladaq ki, şirkətin  buraxdığı  plastinkaya hər  ifaçının  mahnısı  daxil  edilmir. "Melodiya" firması SSRİ-nin plastinka  istehsal  edən  yeganə  böyük  ciddi  şirkəti  olub. Qeyd olunan plastinkada  Aygün  Kazımovanın "Bu sevgi"  və "Uzaqlıq" mahnıları  yer alıb. 

 

Mövzu ilə  bağlı  geniş  vidoenu  təqdim  edirik:

 

 

 

Nigar Hüseynova

Oxu24.com