Qaynar xətt:

(+99450) 247 90 86

​Zaurların başını onlar "yedi" 

​Zaurların başını onlar \"yedi\" 

ŞOU-BİZNES

283

21.03.2026, 22:22

Azərbaycan teleməkanında inqilabi dəyişiklik baş verdi. Hamının baxdığı, amma hamının da tənqid etdiyi sosial məzmunlu bir neçə məşhur veriliş bağlandı. Bundan sonra efirdə Xoşqədəm heç kimin ərini, Zaur heç kimin arvadını danlamayacaq. Hətta "Ay Zaur"un şit gülüşünə də həsrət qalacağıq...

Hələ bu hamısı deyil. Zaurların özlərindən xeyli gənc olan adaşları - Zaur Nəbioğlu da mikrofonsuz qalıb. Bundan sonra heç kim manıs tayfasına əttökən suallar verməyəcək.

Teleməkanda əsən "inqilab rüzgarı" Elgizi də "vurdu". Aparıcı həmkarları ilə müqayisədə daha səmimi olan, olduğu kimi görünən Elgiz Əkbərin də verilişi tarixə qovuşdu. Ərinin başına gündə ən azı iki qapaz vuran arvadlar bundan sonra studiyaya gəlib Elgizi hirsləndirməyəcəklər.

 Oxu24.com xəbər verir ki bu verilişlərin bağlanması sosial sifariş idi. Reytinq xatirinə şəxsi həyata müdaxilə, insan faciəsi üzərində şou yaratmaq qüsurlu davranış idi. Aparıcıların pul qazanmaq xatirinə etdiyi hərəkətlər jurnalist etikası ilə bir araya sığmırdı. Nəticə belə də olmalıydı. Su səhəngi suda sınmalıydı...

Paradoksal vəziyyət yaranmışdı: axşam Zaurun, Xoşqədəmin verilişinə baxanlar şəhər onları söyürdü. Xoşqədəmin, Zaurun verilişinin bağlanmasını tələb edənlər toyda, şənlikdə onları görəndə qabağına qaçıb şəkil çəkdirənlər idi. "Zaur, Xoşqədəm, Elgiz hər gün icazəsiz evlərimizə soxulur, ailə dəyərlərimizi zədələyir" deyənlər hər gün evdə ekran qarşısında oturub onların verilişinə tamaşa edirdilər.

Bu kütləni Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı, Zaur Kamal, Elgiz Əkbər, Zaur Nəbioğlu yaratmışdı. Axırda da kütlə onların öz başını "yedi".mətbuat .az

Özü yıxılan ağlamaz...