Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
30 Sentyabr 2026, 22:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3918
21.03.2026, 17:41
Azərbaycanda pensiya ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər bəzi kişilərin 5 il daha tez təqaüdə çıxmasına imkan yarada bilər. Belə ki, yeni qaydalara əsasən, əvvəllər yalnız qadınlara tətbiq olunan güzəştli pensiya hüququnun müəyyən hallarda kişilərə də şamil olunması nəzərdə tutulur.
Oxu24.com xəbər verir ki,bu güzəşt yalnız çoxuşaqlı valideynlərlə məhdudlaşmalıdır, yoxsa başqa kateqoriyalar da daxil edilməlidir? Ümumiyyətlə, sözügedən dəyişiklik gələcəkdə pensiya sisteminə necə təsir göstərəcək?
.
Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, qanunvericiliyə edilən son dəyişikliklər müəyyən hallarda kişilərin də daha erkən yaşda pensiyaya çıxmasına imkan yaradacaq:
"Bu yanaşmanın mahiyyəti odur ki, bəzi sosial güzəştlər müəyyən şərtlər daxilində kişilərə də şamil edilsin. Məsələn, çoxuşaqlı valideynlər və ya əlilliyi olan uşağa baxan şəxslər üçün pensiya yaşının 5 il azaldılması kimi mexanizmlər artıq qanunvericilikdə mövcuddur və bu hüququn atalara da tətbiqi nəzərdə tutulur. Ümumiyyətlə, pensiya yaşı ilə bağlı məsələ cəmiyyətdə tez-tez müzakirə olunur. Mən də bu mövzuda Milli Məclisdə dəfələrlə çıxış etmişəm və pensiya yaşının aşağı salınması ilə bağlı müxtəlif təkliflər irəli sürmüşəm. Çünki statistika göstərir ki, ölkədə bir çox insanlar pensiya yaşına çatmadan dünyasını dəyişir və bu da müəyyən sosial narahatlıq yaradır".
Deputat təklif edib ki, qadınlar üçün pensiya yaşı 60, kişilər üçün isə 62 yaş müəyyən edilsin:
"Amma hazırda hökumətin pensiya yaşının ümumi şəkildə aşağı salınması ilə bağlı hər hansı qərar vermək niyyəti görünmür. Əksinə, son illərdə pensiya yaşının mərhələli şəkildə artırılması siyasəti həyata keçirilib. İndi kişilər üçün pensiya yaşı 65-dir, qadınlar üçün də bu hədd tədricən 65 yaşa çatdırılır. Bu səbəbdən cəmiyyətdə əlavə və ya əsassız gözləntilər yaratmaq düzgün olmaz. Ona görə də hesab edirəm ki, bu dəyişikliklər ümumi pensiya yaşının azaldılması kimi təqdim edilməməlidir. Burada söhbət sadəcə müəyyən sosial kateqoriyalar üçün diferensial yanaşmanın tətbiqindən gedir. Əsas məsələ odur ki, həm sosial ədalət prinsipi qorunsun, həm də pensiya sisteminin maliyyə dayanıqlığı risk altına düşməsin".
23:02 / 30 Sentyabr 2026
76
22:17 / 30 Sentyabr 2026
1972
22:16 / 30 Sentyabr 2026
101
21:40 / 30 Sentyabr 2026
139
21:12 / 30 Sentyabr 2026
918
21:10 / 30 Sentyabr 2026
73
20:44 / 30 Sentyabr 2026
73
20:38 / 30 Sentyabr 2026
295
20:33 / 30 Sentyabr 2026
75
20:10 / 30 Sentyabr 2026
135
20:10 / 30 Sentyabr 2026
93
19:50 / 30 Sentyabr 2026
89
19:35 / 30 Sentyabr 2026
539
19:26 / 30 Sentyabr 2026
237
19:26 / 30 Sentyabr 2026
92
19:23 / 30 Sentyabr 2026
79
19:21 / 30 Sentyabr 2026
90
19:15 / 30 Sentyabr 2026
80
19:12 / 30 Sentyabr 2026
98
19:01 / 30 Sentyabr 2026
108
18:53 / 30 Sentyabr 2026
163
18:45 / 30 Sentyabr 2026
125
18:29 / 30 Sentyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.