Məhkəmə qəzada atasının ölümünə səbəb olan sürücü ilə bağlı qərar verib
12 Noyabr 2026, 13:04
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
875
21.03.2026, 21:51
Azərbaycanda heyvanlara qarşı qəddar rəftar qanunla qadağandır və belə hallara yol verən şəxslər məsuliyyətə cəlb oluna bilər.
Bu barədə Oxu24.com-a açıqlamasında vəkil Esmira Rzayeva məlumat verib.
Vəkilin sözlərinə görə, heyvanlar aləmi təbiətin, həyatın və cəmiyyətin mühüm tərkib hissəsidir və onların qorunması hər bir vətəndaşın borcudur.
Heyvanlara qarşı qəddar davranış təkcə mənəvi baxımdan deyil, həm də hüquqi baxımdan məsuliyyət yaradır.
O qeyd edib ki, Azərbaycan Respublikasının Heyvanlar aləmi haqqında Qanun heyvanların mühafizəsi və onlara qarşı rəhmsiz rəftarın qarşısının alınması məqsədilə qəbul olunmuş əsas hüquqi sənədlərdən biridir.
“Qanunun 5-ci maddəsinə görə, heyvanlar aləmi obyektləri dövlətin mülkiyyətidir və onların mühafizəsi, artırılması, yetişdirilməsi və saxlanması qanunla tənzimlənir”, – deyə vəkil bildirib.
Bundan başqa, qanunun 53-cü maddəsinə əsasən heyvanlara qarşı rəhmsiz rəftar – yəni onlara ağrı, əzab və işgəncə vermək, döymək, döyüşdürmək, nəticədə şikəst və ya tələf etmək, eləcə də belə halları mediada təbliğ etmək məsuliyyət yaradır.
Eyni zamanda, məsuliyyət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə də tənzimlənir. Məcəllənin 274-cü maddəsinə əsasən, heyvanlarla rəhmsiz davranaraq onların şikəst və ya tələf edilməsinə görə aşağıdakı cərimələr tətbiq olunur:
fiziki şəxslər üçün – 500 manatdan 1000 manatadək,
vəzifəli şəxslər üçün – 1500 manatdan 2000 manatadək,
hüquqi şəxslər üçün – 4000 manatdan 5000 manatadək.
Esmira Rzayeva.vurğulayıb ki, bu qanunların məqsədi yalnız heyvanları qorumaq deyil, eyni zamanda cəmiyyətdə mərhəmət, empatiya və məsuliyyət hissini formalaşdırmaqdır.
“Heyvanlar da hiss edən, qorxan və sevən canlılardır. Onlara mərhəmət göstərmək sadəcə vəzifə deyil, insanlığın göstəricisidir”, – deyə vəkil əlavə edib.
Hüquqşünas vətəndaşları belə halların şahidi olduqları zaman hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.
“Heyvanlara qarşı zorakılıq faktı ilə rastlaşdıqda vətəndaşlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya yerli bələdiyyə orqanlarına müraciət etməlidirlər. Cəmiyyət olaraq birlikdə daha mərhəmətli və ədalətli mühit formalaşdırmalıyıq”, – deyə o bildirib.
Hazırladı: Jalə
01:52 / 13 Noyabr 2026
160
01:49 / 13 Noyabr 2026
134
00:49 / 13 Noyabr 2026
90
00:18 / 13 Noyabr 2026
89
00:17 / 13 Noyabr 2026
110
23:53 / 12 Noyabr 2026
568
23:51 / 12 Noyabr 2026
95
23:40 / 12 Noyabr 2026
142
23:34 / 12 Noyabr 2026
98
23:24 / 12 Noyabr 2026
610
23:20 / 12 Noyabr 2026
98
23:19 / 12 Noyabr 2026
107
23:18 / 12 Noyabr 2026
107
23:12 / 12 Noyabr 2026
103
23:03 / 12 Noyabr 2026
108
23:02 / 12 Noyabr 2026
208
22:59 / 12 Noyabr 2026
102
22:55 / 12 Noyabr 2026
117
22:49 / 12 Noyabr 2026
143
22:40 / 12 Noyabr 2026
113
22:24 / 12 Noyabr 2026
181
22:21 / 12 Noyabr 2026
115
22:13 / 12 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.