Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib
17 Avqust 2026, 12:57
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
520
04.07.2025, 22:30
21:14
Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinlik çəkdiyini bildirib.
Onun sözlərinə görə, xəstələr əvvəl yaşadığı ünvandakı poliklinikada yerləşən imtiyazlı aptekdən dərman alsalar da, sonradan bu aptek ləğv edilib. Uzaqda yerləşən poliklinikada isə növbə çox olduğundan dərmanı almaq müşükülə çevrilir.
Oxu24.com xəbər ki, aktyorun şikayəti ilə bağlı TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, dərman təminatı imtiyazlı xəstə sayına uyğun olaraq təmin edilir və hər ayın 10-dan 20-dək poliklinikada xəstələrə dərman vasitələri paylanılması prosesi icra olunur:
"Hal-hazırda təminatla bağlı heç bir çətinlik yoxdur. Bununla belə, vətəndaş müraciətləri tərəfimizdən nəzarətdə saxlanılır və dərman vasitələrinin təminatı icra olunur. Şəkərli diabet xəstələrinin dərman təminatı rayonlar üzrə mərkəzləşdirilmiş qaydada imtiyazlı apteklər tərəfindən həyata keçirilir. Binəqədi rayonu ərazisində mərkəzləşdirilmiş aptek 9 nömrəli Şəhər Poliklinikasında yerləşir.
Hörmətli aktyorumuz Rəhman Rəhmanovla tərəfimizdən əlaqə saxlanılıb, ona müvafiq izahatlar verilib.
Bununla yanaşı, qeyd edirik ki, yaxın zamanda əhaliyə göstərilən tibbi xidmətin əlçatanlığının təmin edilməsi, tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə sözügedən məsələ ilə əlaqədar tədbirlərin görülməsi nəzərdə tutulub".
-------
00:31
Əməkdar artist Rəhman Rəhmanov TƏBİB-ə müraciət edib.
Aktyor "Günə bax" proqramına açıqlama verərək, dövlət tərəfindən ayrılan dərmanları almaqda çətinlik çəkdiyini deyib:
"25 ildir şəkər xəstəsiyəm, 15 saylı poliklinikada qeydiyyatdayam. Hər şey yaxşıdır, amma problemimiz var: Biləcəridə 2500-ə yaxın diabet xəstəsi var. Dövlət tərəfindən dərman ayrılır, təmənnasızdır. Sağ olsunlar. Amma bunu almaq problem olur. Bizim poliklinakının özündə imtiyazlı aptek yaradılmışdı, gəlirdi xəstələr alıb gedirdi. İndi isə apteki ləğv etdilər, apardılar 9-cu mikrorayon tərəfə. Neçə min diabet xəstəsi dərmanı oradan alır. O qədər növbə olur ki, almaq qeyri-mümkündür.
Kimi əsa ilə gəzir, kimi dayana bilmir. Bəzən isə növbə çatanda görürsən dərman yoxdu, qalmadı. Dərmanım 80 manat edir. Elə olur ki, əlimdə resept, gedib pul verib alıram. TƏBİB-dən xahişim budur ki, bizim Biləcəridə olan həmin imtiyazlı apteki bərpa etsinlər, bunu nəzərə alsınlar".
21:56 / 17 Avqust 2026
31
21:49 / 17 Avqust 2026
48
21:43 / 17 Avqust 2026
46
21:33 / 17 Avqust 2026
58
20:56 / 17 Avqust 2026
87
20:26 / 17 Avqust 2026
59
20:14 / 17 Avqust 2026
105
19:48 / 17 Avqust 2026
75
19:35 / 17 Avqust 2026
65
19:24 / 17 Avqust 2026
83
19:10 / 17 Avqust 2026
91
18:58 / 17 Avqust 2026
83
18:51 / 17 Avqust 2026
86
18:45 / 17 Avqust 2026
265
18:36 / 17 Avqust 2026
71
18:30 / 17 Avqust 2026
333
18:23 / 17 Avqust 2026
434
18:10 / 17 Avqust 2026
77
17:54 / 17 Avqust 2026
96
17:44 / 17 Avqust 2026
103
17:28 / 17 Avqust 2026
97
17:25 / 17 Avqust 2026
82
17:12 / 17 Avqust 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.