Milli Dram Teatr aktyorunun səhhəti pisləşdi-FOTO
28 Mart 2025, 09:44
Qaynar xətt:
(+99450) 247 90 86ŞOU-BİZNES
592
14.01.2025, 13:58
Türkiyəli müğənni Mert Demir “5 milyon dollarlıq reklam eşqi” iddiaları ilə bağlı ilk dəfə açıqlama verib.
Oxu24.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, bununla bağlı öz instaqram hesabında paylaşım edib.
“Son bir ildir, haqqımda çıxan yalan xəbərlərə və iftiralara baxmayaraq, susuram. Bu qalmaqalların ortasında olmağı heç vaxt istəməmişəm. Amma görürəm ki, səssiz qalmağımla pisniyyətli insanların çörəyinə yağ sürtmüş oluram. Nəticədə yayılan yalan xəbərlər bəziləri tərəfindən gerçək olaraq qəbul edilir. Bu da məni və bizi sevənləri kədərləndirir.
Dostlar, karyeramda bu zirvəyə gəlməyimin tək səbəbi illərdir çəkdiyim əziyyətdir. Gəncliyimin ən gözəl illərini studiyalarda öyrənərək keçirmişəm. Heç bir səsyazma şirkətinin, prodüserin, sponsorun dəstəyi olmadan karyeramda buralara gəlib çıxmışam.
Bu həqiqətə inanmaq istəməyən pisniyyətli insanlar məni gözdən salmaq üçün bir ildir ki, mütəmadi olaraq mənə hücum edir, ailəmi, şəxsi həyatımı, işimi hədəfə alırlar. Mən səssiz qaldıqca daha da cəsarətlənirlər. Hər bir uğurumun arxasında başqa səbəblər axtarıldı, ailəm araşdırıldı, xoşbəxt şəkildə davam edən münasibətim çox müzakirə olundu, bunun “reklam eşqi” olduğunu söylədilər, cinsiyyətimlə bağlı yalanlar danışıldı, mənim kiminsə bir layihəsi olduğumu dedilər. Yalnız bir həqiqət var: işimi həvəslə görürəm və bunun qarşılığını xalqdan alıram. Mən “reklam eşqi”nin içərisində yox, çox sevdiyim və aşiq olduğum bir münasibəti yaşayıram”, - deyə müğənni bildirib.
Qeyd edək ki, bir müddət öncə Türkiyədə məşhurların çalışdığı “D İletişim” şirkətinin həmtəsisçisi Ayşe Barımın aktrisalardan birinin transseksual müğənni ilə sevgili olması görüntüsünü yaratmağa çalışdığı, hətta ondan bunun müqabilində 5 milyon dollar pul aldığı iddia edilib. Daha sonra isə əslində bunu adı açıqlanmayan iş adamının etdiyi ortaya çıxıb.
Həmçinin oxuyun
Bundan sonra sosial şəbəkələrdə həmin şəxslərin bir müddət öncə münasibətləri olan Serenay Sarıkaya ilə müğənni Mert Demir olduğu barədə müzakirələr aparılıb. Bildirilir ki, iş adamı sözügedən məbləği Ayşe Barım vasitəsilə Sarıkaya və Demirə çatdırıb. Məqsəd isə müğənninin piarının aparılması və karyerasında yüksəlişin əldə edilməsi olub.
Hadisələr fonunda şirkət açıqlama da yayıb: “D İletişim” 2002-ci ildən bəri Türkiyənin ən sevilən və menecerlik fəaliyyəti yönündə xidmət verən lider şirkətlərindəndir. Həmtəsisçimiz Ayşe Barım və birlikdə çalışdığı aktrisa Serenay Sarıkaya ilə bağlı real olmayan əxlaqsız ifadələrə görə məhkəməyə müraciət ediləcək”.
Bu açıqlamanı S. Sarıkaya da paylaşaraq iddiaları əsassız adlandırıb.
Daha sonra KİV-də S. Sarıkaya və M. Demirin “5 milyon dollarlıq reklam eşqi” iddiaları ilə bağlı məhkəmədə ifadə verəcəkləri, onların telefon danışıqlarının da çirkli pulların yuyulması və vergidən yayınma ehtimalı ilə bağlı araşdırılacağı barədə məlumat yayılıb.
Məlumat üçün bildirək ki, Ayşe Barım Bergüzar Korel, Ceyda Düvenci, Hazal Kaya, Hande Erçel, Halit Ergenç, Mert Yazıcıoğlu kimi məşhurların da meneceri olub.
12:02 / 02 Aprel 2025
Bu tarixdə dərslər başa çatacaq
1
11:57 / 02 Aprel 2025
Verilişi bağlanan Nigar Fərhad haqda gerçək ÜZƏ ÇIXDI: Öz qızını...
5
11:54 / 02 Aprel 2025
Putin Belarusiya ilə münasibətlərdən danışıb
5
11:47 / 02 Aprel 2025
NATO Rusiya ilə ABŞ arasında yaxınlaşmadan narahatdır
16
11:39 / 02 Aprel 2025
Samir Nuriyevin qayınatası vəfat etdi
19
11:34 / 02 Aprel 2025
Prezidentlər təkbətək görüşdü
20
11:13 / 02 Aprel 2025
Toyda dəhşət yaşandı: 9 yaralı var - FOTO
27
10:57 / 02 Aprel 2025
ABŞ Nobel sülh mükafatçısının vizasını
LƏĞV ETDİ
37
10:47 / 02 Aprel 2025
"Hərbçilərə dedim ki,Ağdama Raqufun gözü ilə də baxın..." — Şəhid xanımı ilə MÜSAHİBƏ
214
10:16 / 02 Aprel 2025
Onlar Trampı məyus etdilər
31
10:00 / 02 Aprel 2025
Trampın sərvəti ARTIB
36
09:50 / 02 Aprel 2025
Azərbaycanda bu şəxslərə 2600 manat pul veriləcək — DETALLAR
264
09:41 / 02 Aprel 2025
Neftçalada narkokuryerlikdə təqsirləndirilən şəxs həbs edilib
39
09:38 / 02 Aprel 2025
yaşlı kişi maşını ilə dərəyə yuvarlandı -FOTO
39
09:27 / 02 Aprel 2025
Ermənistan sülhə sadiqdir - Paşinyan
33
09:26 / 02 Aprel 2025
“O yazıq qızı rahat buraxın...” - Mirşahin Ağayev
355
09:19 / 02 Aprel 2025
Kənd sakini xəstəxanada dünyasını dəyişib
46
09:04 / 02 Aprel 2025
Aprel döyüşlərindən 9 il ötür
56
09:04 / 02 Aprel 2025
Zelenskiyə təcili çağırış- OLDU
60
08:55 / 02 Aprel 2025
Güclü YANĞIN - VİDEO
58
22:41 / 01 Aprel 2025
Əməkdar jurnalist vəfat etdi - FOTO
124
22:19 / 01 Aprel 2025
İlon Mask dünyanın milyarderlər siyahısına başçılıq edir.
112
21:37 / 01 Aprel 2025
İlk dəfə Azərbaycana gəldi
143
21:29 / 01 Aprel 2025
Trampın Səudiyyə Ərəbistanına nə vaxt səfər edəcəyi məlum olub
117
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.