Fatma Mahmudovanın qızı nişanı qaytardı: “Bir oyun idi…”
09 Sentyabr 2026, 20:35
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
477
02.08.2024, 19:43
Bu gün Azərbaycanda kino işçiləri peşə bayramını qeyd edir. Hər il Azərbaycan Kinosu Günü müxtəlif tədbirlərlə yadda qalır. Bu il də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində ölkəmizdə kinonun yaranmasının 126-cı ildönümü və Azərbaycan Kinosu Günü münasibətilə təntənəli tədbir keçiriləcək.
OXU24.COM bildirir ki, qaynarinfo-ya daxil olan məlumata görə, kino sahəsində xidməti olan aktyorların arasında ayrıseçkilik edilib, bəzi aktyorları tədbirdən kənarda saxlayıblar. Onlardan biri Xalq artisti Tariyel Qasımovdur.
Aktyor Qaynarinfo-ya açıqlamasında buna görə, Xalq artisti Rasim Balayevi ittiham edib:
"Bunu Rasim Balayevlə Şəfiqə Məmmədovadan soruşmaq lazımdır. Qoy cavab versinlər ki, məni tədbirə niyə dəvət etməyiblər? Mən sovet dövründən xarici ölkələrdə filmə çəkilən bir aktyoram. Niyə kənarda qalmalıyam? Onlar həmişə mənə qarşı olublar. Amma müsahibəmdə də hər ikisinin ünvanına möhkəm döşəmişəm. Kinomotoqrafçılar İttifaqından mənə zəng gəldi, soruşdular ki, hansının sədr olmasını istəyirsiniz? Dedim ki, ikisini də sədrlikdən qovmaq lazımdır. İndi onun qisasını alırlar. Başqa heç nə olmayıb. Rasim bir dəfə ünvamına xoşagəlməyən ifadə işlətmidi. Tədbirlərin birində gördüm, soruşdum ki, Rasim, sən yaxşı aktyorsan, yoxsa mən? Dedi ikimiz də. Dedim ki, bəs niyə demisən ki, Tariyel Qasımov aktyor deyil. Çox heyif ki, kino günündə zəhməti olan adam kimi sayılmıram".
Kinomotoqrafçılar İttifaqının məsul katibi Əli İsa Cabbarov Xalq artisti Tariyel Qasımovun ittihamlarına cavab verib. O, tədbirin təşkilatçısının Mədəniyyət Nazirliyi olduğunu xatırladıb:
"Rasim müəllim Bakıda deyil, məzuniyyətdədir. Burada onluq heç nə yoxdur. Tədbiri keçirən biz deyilik. Təşkilatçısı da nazirlikdir. Onu tədbirə nazirlik dəvət etməlidir".
00:34 / 10 Sentyabr 2026
32
23:34 / 09 Sentyabr 2026
46
23:22 / 09 Sentyabr 2026
63
23:04 / 09 Sentyabr 2026
62
22:55 / 09 Sentyabr 2026
58
22:44 / 09 Sentyabr 2026
58
22:32 / 09 Sentyabr 2026
52
22:14 / 09 Sentyabr 2026
55
22:04 / 09 Sentyabr 2026
75
22:00 / 09 Sentyabr 2026
52
21:55 / 09 Sentyabr 2026
63
21:55 / 09 Sentyabr 2026
62
21:54 / 09 Sentyabr 2026
147
21:50 / 09 Sentyabr 2026
65
21:48 / 09 Sentyabr 2026
59
21:40 / 09 Sentyabr 2026
68
21:34 / 09 Sentyabr 2026
63
21:30 / 09 Sentyabr 2026
64
21:26 / 09 Sentyabr 2026
81
21:20 / 09 Sentyabr 2026
60
21:15 / 09 Sentyabr 2026
90
21:05 / 09 Sentyabr 2026
67
20:57 / 09 Sentyabr 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.