Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Ukraynadan dəhşətli xəbər gəldi: Rusiya bu şəhərləri vurdu

SON DƏQİQƏ! Ukraynadan dəhşətli xəbər gəldi: Rusiya bu şəhərləri vurdu

SON DƏQİQƏ

1140

30.03.2022, 10:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya qoşunları Ukraynanın Kiyev, Xarkov və Xmelnitsk şəhərlərinə raket zərbələri endirib. Şəhərlərdə silsilə partlayışlar eşidilib və yanğınlar başlayıb.

Bu barədə Oxu24.com  Ukrayna Silahlı Qüvvələrinin teleqram-kanalına istinadən xəbər verir.

Məlumata görə, Kiyevdə iki partlayış səsi eşidilib: hava hücumundan müdafiə sistemi işə düşdü və düşmənin iki raketi vurulub.

Xarkovda güclü yanğınlar qeydə alınıb.

Xmelnitskdə hücum zamanı üç partlayış olub. Eyni zamanda, şahidlər Xmelnitsk vilayətinin Starokonstantinov şəhərində aerodromun vurulduğunu bildirirlər. Hazırda aerodromda yanğın başlayıb.

Rus əsgərlərinin Ukraynada biabırçı VİDEOSU YAYILDI