Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
14814
12.05.2021, 22:34
Laçın dəhlizində patrul xidməti Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi polis bölməsi tərəfindən aparılır.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd olunur ki, Rusiya sülhməramlıları atəşkəsə əməl olunmasına nəzarət və nəqliyyatın təhlükəsizliyinin təmin edilməsi, Laçın dəhlizi boyunca ərzaq məhsulları və müxtəlif malların daşınması vəzifələrini davam etdirirlər.
Məlumatda bildirilib ki, ötən ilin 12 noyabrdan bəri Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin hərbi polis bölməsi Laçın dəhlizində hər gün keşik çəkir.
“Bu patrulun məqsədi atəşkəs razılaşmasının icrasını izləmək, məlumat toplamaq, ərazinin müşahidə məntəqələrindən görünməyən sahələrini yoxlamaq və Rusiya sülhməramlı kontingentinin mövcudluğunu nümayiş etdirməkdir”, - deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib .
Hərbi polis bölməsinin zabiti, polkovnik-leytenant İvan Kuzminin verdiyi məlumata görə, Rusiya sülhməramlı kontingenti müqavilələrə uyğun olaraq, nəzarəti yalnız Laçın dəhlizində deyil, 5 kilometrə qədər eninə yaxınlaşmalarda da həyata keçirir.
Onun sözlərinə görə, dəhlizdə hava şəraitinə baxmayaraq, hər gün keşik çəkilir. İvan Kuzmin deyib ki, ən çətin dövr dəhlizdə sıx dumanın olduğu və yolun buzlaşdığı dekabr-yanvar ayları idi.
Rusiya sülhməramlı kontingentinin hərbi polisi tərəfindən nəzarət edilən patrul yollarının gündəlik uzunluğu təxminən 50 kilometrə bərabərdir.
Rusiya sülhməramlı kontingentinin hərbi polis bölməsi dəhlizdə keşik çəkməklə yanaşı, müntəzəm olaraq humanitar aksiyalar zamanı təhlükəsizliyin təmin edilməsində iştirak edir, zəvvarları sərhəd xəttinin yaxınlığında yerləşən kilsələrə gedərkən müşayiət edir. (modern.az)
10:39 / 12 Noyabr 2026
7
10:36 / 12 Noyabr 2026
17
10:27 / 12 Noyabr 2026
98
10:20 / 12 Noyabr 2026
51
10:18 / 12 Noyabr 2026
58
10:05 / 12 Noyabr 2026
144
09:51 / 12 Noyabr 2026
76
09:48 / 12 Noyabr 2026
78
09:42 / 12 Noyabr 2026
183
09:36 / 12 Noyabr 2026
87
09:22 / 12 Noyabr 2026
583
08:13 / 12 Noyabr 2026
201
08:05 / 12 Noyabr 2026
66
07:20 / 12 Noyabr 2026
131
03:10 / 12 Noyabr 2026
153
01:25 / 12 Noyabr 2026
273
00:55 / 12 Noyabr 2026
246
00:43 / 12 Noyabr 2026
154
00:35 / 12 Noyabr 2026
454
00:33 / 12 Noyabr 2026
142
00:27 / 12 Noyabr 2026
163
00:24 / 12 Noyabr 2026
193
00:19 / 12 Noyabr 2026
191
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.