Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
6064
10.05.2021, 21:03
“Mənim sözüm yerindədir. Əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Heç kimə də bel bağlamasınlar. Onlar uzun illər dırnağarası “müzəffər və güclü” ordusu ilə öyünürdülər”.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı jurnalistin “Cənab Prezident, mayın 8-də - Şuşanın işğalı günü Ermənistanda bəzi iqtidar və müxalifət qüvvələri Şuşanın qaytarılması ilə bağlı bəyanatlar verdilər və revanşist fikirlər səsləndirdilər. Siz dəfələrlə qeyd etmisiniz ki, əgər onlar revanşist addımlar haqqında düşünsələr, darmadağın ediləcəklər. Bu bəyanata münasibətinizi bilmək istərdik” sualına cavabında deyib.
Dövlət başçısı əlavə edib: “Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir. Bir daha demək istəyirəm, biz hələ ki, bu bəyanatları izləyirik. Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər.
Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir”.
10:45 / 12 Noyabr 2026
13
10:39 / 12 Noyabr 2026
39
10:36 / 12 Noyabr 2026
38
10:27 / 12 Noyabr 2026
127
10:20 / 12 Noyabr 2026
56
10:18 / 12 Noyabr 2026
64
10:05 / 12 Noyabr 2026
148
09:51 / 12 Noyabr 2026
76
09:48 / 12 Noyabr 2026
79
09:42 / 12 Noyabr 2026
187
09:36 / 12 Noyabr 2026
88
09:22 / 12 Noyabr 2026
603
08:13 / 12 Noyabr 2026
204
08:05 / 12 Noyabr 2026
67
07:20 / 12 Noyabr 2026
132
03:10 / 12 Noyabr 2026
154
01:25 / 12 Noyabr 2026
274
00:55 / 12 Noyabr 2026
247
00:43 / 12 Noyabr 2026
154
00:35 / 12 Noyabr 2026
454
00:33 / 12 Noyabr 2026
142
00:27 / 12 Noyabr 2026
163
00:24 / 12 Noyabr 2026
194
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.