Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50983
az

SON DƏQIQƏ! Türk Ordusu düşmənə ağır zərbə endirdi

19:2122 Mart, 2021
15652
SON DƏQİQƏ
  • A
Suriyanın şimalındakı “Fərat Qalxanı” əməliyyatı zonasında 10 YPG (PKK-nın Suriya qanadı-red.) terrorçusu zərərsizləşdirilib. Oxu24.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, terrorçuların yeri pilotsuz uçuş aparatları (PUA) vasitəsilə müəyyənləşdirilib. Məlumata görə, Türkiyə Silahlı Qüvvələri Kilis vilayətini hədəf alan terror aktına cavab verməyə davam edir. “Bu tədbirlər çərçivəsində 10 PKK/YPG terrorçusu İHA tərəfindən aşkar edilərək zərərsizləşdirilib”,- deyə nazirliyin açıqlamasında qeyd olunub. Xatırladaq ki, Türkiyə Milli Müdafiə Nazirliyi martın 18-də Suriyadan atılan raketlərin Türkiyənin cənub-mərkəzi Kilis əyalətindəki səhra bölgəsinə düşdüyünü açıqlamışdı. Bu hadisədən sonra Türkiyə Silahlı Qüvvələri PKK terrorçularının mövqelərinə cavab zərbələri endirib, nəticədə 20-dən çox hədəf məhv edilib və çox sayda terrorçu zərərsizləşdirilib. Cavab atəşi zamanı yalnız atəş mövqeləri deyil, həm də terrorçuların nəzarətində olan Təl-Rifyatdakı mövqelər də hədəf alınıb. Qeyd edək ki, ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına daxil edib. Suriyada PKK terrorçuları PYD və YPG adlarının arxasında gizlənir və son illərdə özlərini “Suriya Demokratik Qüvvələri” adlandırırlar. İranda isə PKK, PJAK adı altında fəaliyyət göstərir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ramazan və Qurban bayramlarında neçə gün   evdə  olacağıq?
Bəzi ərazilərdə  işıq    olmayacaq
DYP müraciət yaydı

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ramiz Tatarov azadlığa buraxıldı