Qaynar xətt:

(+99450) 247 90 86

Bölgələrdə maaşlar niyə fərqli hesablanır? — İqtisadçı SƏBƏBİ AÇIQLADI  

Bölgələrdə maaşlar niyə fərqli hesablanır? — İqtisadçı SƏBƏBİ AÇIQLADI  

CƏMİYYƏT

33

12.11.2026, 21:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsi və regionlarda çalışan vətəndaşların sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Qüvvədə olan qanunvericiliyə əsasən, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, ərazinin coğrafi hündürlüyü, strateji əhəmiyyəti və sosial-iqtisadi ehtiyacları nəzərə alınmaqla tətbiq edilir. Bu yanaşma ucqar və çətin relyefə malik yaşayış məntəqələrində kadr axınının qarşısını almaq və mütəxəssisləri həmin ərazilərə cəlb etmək məqsədi daşıyır. Lakin təcrübədə eyni inzibati rayonun tərkibində yerləşən, bəzən isə bir-birinə çox yaxın olan yaşayış məntəqələrində çalışan işçilərin maaşları arasında fərqlərin yaranması müşahidə olunur. Bu vəziyyət həm iqtisadi əsaslandırma, həm də regiondaxili sosial ədalət prinsipləri baxımından müxtəlif müzakirələrə yol açır. Bəs əməkhaqqı əlavələrinin bu meyarlarla müəyyənləşdirilməsi iqtisadi cəhətdən nə dərəcədə doğrudur və yaranan fərqlər sosial bərabərliyə necə təsir göstərir?

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bölgələr üzrə əməkhaqlarına əlavələrin coğrafi və sosial-iqtisadi meyarlar əsasında müəyyənləşdirilməsi iqtisadi baxımdan müəyyən məntiqə əsaslanır. 

Onun sözlərinə görə, çünki ölkənin bütün ərazilərində yaşayış və əmək şəraiti eyni deyil/

“Dağlıq ərazilərdə, ucqar yaşayış məntəqələrində və iqlim şəraiti ağır olan bölgələrdə işləmək daha çox xərc və çətinlik yarada bilər. Belə ərazilərdə çalışanlara əlavə ödənişlərin verilməsi həm sosial ədalətin qorunması, həm də həmin bölgələrdə kadr çatışmazlığının qarşısının alınması baxımından əhəmiyyətlidir”.

İqtisadçı qeyd edib ki, lakin burada əsas problem eyni inzibati rayon daxilində yerləşən yaşayış məntəqələri arasında əməkhaqqı fərqlərinin yaranmasıdır. Bəzən bir-birinə yaxın məsafədə yerləşən iki yaşayış məntəqəsində çalışan insanlar fərqli əlavələr ala bilirlər. Bu isə müəyyən narazılıqlara və sosial bərabərsizlik hissinə səbəb olur. Əməkhaqqına əlavələr müəyyən edilərkən yalnız coğrafi hündürlük deyil, insanların real yaşayış xərcləri, nəqliyyat imkanları, iş şəraiti və sosial infrastruktur da nəzərə alınmalıdır.

Akif Nəsirli hesab edir ki, bu sistemin daha obyektiv və ədalətli olması üçün meyarlar şəffaflaşdırılmalı, əlavələrin müəyyənləşdirilməsi konkret yaşayış məntəqələrinin real şəraitinə uyğun aparılmalıdır. Əsas məqsəd eyni şəraitdə çalışan insanların əməkhaqqı arasında əsassız fərqlərin yaranmasına imkan verməmək, eyni zamanda çətin şəraitdə işləyənlərə əlavə dəstəyi təmin etmək olmalıdır. 

Çimnaz Telmanqızı