Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
2436
02.03.2021, 17:24
"Azərbaycan Hava Yolları" QSC (AZAL) koronavirus (COVID-19) pandemiyasına görə ləğv edilən reyslərin biletlərinin yenidən təxsis edilməsi şərtlərini açıqlayıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq AZAL-dan bildirilib.
Məlumatda deyilir ki, aviaşirkət və onun aşağıbüdcəli törəməsi - “Buta Airways”in ləğv edilmiş reyslərinə bilet almış sərnişinlərə həmin biletləri aviadaşıyıcıların hazırda yerinə yetirilən xüsusi reyslərinə yenidən təxsis etməyə icazə verilir.
Belə ki, AZAL sərnişinlərinə, uçuş tarixini dəyişməklə, lakin əvvəlki hərəkət marşrutunu saxlamaqla, bileti ödənişsiz yenidən rəsmiləşdirməyi təklif edir. Tariflər arasındakı fərqi ödəyərək sərnişinlər aviaşirkətin bütün hazırkı istiqamətləri üzrə uçuş marşrutunu dəyişə bilərlər.
"Buta Airways”in ləğv edilmiş reyslərinin biletlərini alan sərnişinlər isə tariflər arasındakı fərqi ödəyərək, həmçinin həmin biletləri AZAL-ın xüsusi reyslərinə yenidən rəsmiləşdirə bilərlər.
“Buta Airways” aviaşirkətinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlər həmin biletləri əlavə ödəniş etmədən, aşağıbüdcəli aviaşirkətin hazırkı xüsusi reyslərinə (istənilən istiqamət) yenidən təxsis edə bilərlər.
AZAL və “Buta Airways” sərnişinləri biletlərin dəyişdirilməsi üçün müvafiq olaraq [email protected] və [email protected] ünvanları vasitəsilə, həmçinin müvafiq olaraq //help.azal.az/hc/az/requests/new və //help.butaairways.az/hc/az/requests/new linkləri ilə geri əlaqə forması vasitəsilə aviaşirkətlərin çağrı mərkəzlərinə və ya aviabiletlərin alındığı yer üzrə müraciət edə bilərlər.
Hər iki aviaşirkətin sərnişinləri yalnız bir dəfə aviabileti ödənişsiz yenidən təxsis edə bilər.
Aviabiletin dəyərinin qaytarılmasına alternativ olaraq vauçer formasında sənəd təklif olunur. Həmin vauçeri ilkin aviabiletin əldə edildiyi tarixdən iki il ərzində istifadə etmək mümkündür.
Vauçer AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün istiqamətləri üzrə biletlərin alınması üçün etibarlıdır.
17:30 / 13 Noyabr 2026
23
17:18 / 13 Noyabr 2026
30
17:13 / 13 Noyabr 2026
53
17:07 / 13 Noyabr 2026
57
16:59 / 13 Noyabr 2026
64
16:51 / 13 Noyabr 2026
81
16:37 / 13 Noyabr 2026
109
16:29 / 13 Noyabr 2026
85
16:08 / 13 Noyabr 2026
203
16:00 / 13 Noyabr 2026
94
15:42 / 13 Noyabr 2026
325
15:37 / 13 Noyabr 2026
99
15:30 / 13 Noyabr 2026
100
15:01 / 13 Noyabr 2026
107
14:59 / 13 Noyabr 2026
233
14:50 / 13 Noyabr 2026
126
14:46 / 13 Noyabr 2026
110
14:33 / 13 Noyabr 2026
125
14:24 / 13 Noyabr 2026
605
14:17 / 13 Noyabr 2026
494
14:12 / 13 Noyabr 2026
120
14:05 / 13 Noyabr 2026
222
14:00 / 13 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.