Qaynar xətt:

(+99450) 247 90 86

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi, sabah səhər saatlarından...- RƏSMİ

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi, sabah səhər saatlarından...- RƏSMİ

SON DƏQİQƏ

951

05.09.2020, 18:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sentyabrın 6-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz  28-33, Bakıda gecə 19-21, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 758 mm civə sütunu olacaq, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz  təşkil edəcək. 

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.
Sentyabrın 6-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə  şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-22, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz  21-26 dərəcə  isti olacaq.  
Tibbi-meteoroloji proqnoza gəlincə isə sentyabrın 6-da Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.