Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Bakıda kran binanın üzərinə aşdı: Ölən var (VİDEO)

SON DƏQİQƏ! Bakıda kran binanın üzərinə aşdı: Ölən var (VİDEO)

SON DƏQİQƏ

1208

04.09.2020, 16:23

Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması barədə məlumat daxil olub.

FHN-dən Oxu24.com-a  verilən məlumata görə, dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb.  

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb. İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.